Hamlet | Collage

Tədbir haqqında

Ölkə: Rusiya
İl: 2019
Müddət: 135 dəqiqə, antraktsız
Dil: Rus
Janr: Tamaşa
Yaş məhdudiyyəti: 16+

Sinopsis

Öz şüuru(düşüncəsi)  ilə təkbətək qalmış  insan haqqında tamaşa. Şekspirin bütün faciə rolları Yevgeniy Mironov ifa edir. Tamaşaya videotəsvirli çoxlu yeni metodlar cəlb edilib. Kompozisiyanın mərkəzində xüsusi üsulla proqramlaşdırımış kub-konstruktordur.

“Hamlet | Kollaj” Rusiya və Kanadanın iri müştərək layihəsi kimi Rober Lepajın Moskvadakı ilk tamaşasıdır.

Bütün dünyada tamaşaçılar Rober Lepaın işlərini yaxşı tanıyırlar: “Ayın o biri üzü”, “Anderson layihəsi”, “Lipsink”, dyu Soley sirkinin məşhur “Ka” şousu və bir sıra başqaları.  Moskvada tamaşa qoymaq təklifini Rober Lepaj Yevgeniy Mironovla şəxsi tanışlıqdan və Millət teatrına məxsus rekonstrukriya olmuş binanı ziyarət etdikdən sonra qəbul etdi.  

Rober Lepaj: “Hamletin əsas problem odur ki, o həddindən artıq düşünür. O, məsələnin həllini tapa bilmir. Bu, həmişə beyni ilə işləyən personajdır. Nəhayət teatrın və “Hamletin”güclü simvolu kəllədir. Buna görə də Şekspir böyük səhnə düzüb qoşur ki, orada da olan insan kəlləsi  əslində insan başıdır. Əlbəttə ki, mənim çoxsaylı suallarına bütün cavablarım yoxdur. Buna görə də bir aktyorla, bir aktyorun  başı ilə nəsə eləmək maraqlı gəldi”. 

Rejissor – Rober Lepaj
Rəssam – Karl Fillion
Geyim üzrə rəssam – Fransua Sen Oben
Musiqi və səs – Jozue Bokaj
Videorəssam – Lionel Arnu
Işqı üzrə rəssam – Rober Lepaj, Bryuno Matte

İştirak edənlər və ifaçılar:

Yevgeniy Mironov
Tamaşada iştirak edir – Vladimr Malyuqin

Mükafatlar

“Qızıl Maska” Mükafatı nominasiyası

“Dramda ən yaxşı tamaşa”, 
“Ən yaxşı rejissor işi”, 
“Ən yaxşı kişi rolu”,
“Ən yaxşı rəssam işi”, 
“Ən yaxşı geyim üzrə rəssam işi”

“Büllur Turandot” XXII Teatr Mükafatı laureatı, “Ən yaxşı kişi rolu üzrə” (Yevgeniy Mironov)
“Snob” jurnalının “Rusiyada hazırlanıb”mükafatı
“Ən yaxşı tamaşa” nominasiyası üzrə “Teatral ulduzu” Mükafatı  laureatı

 

Yaş məhdudiyyəti / Dil

18+
Hamlet | Collage Hamlet | Collage