Underground: Canlı musiqi ilə səssiz film

Tədbir haqqında

British Council 21 Fevral 19.00-da Park Cinema Alov Qüllərində Britaniyalı kino rejissor Anthony Asquith-in 1928-ci ildə klassik jandra çəkilmiş" Yeraltı" filmini nümayiş etdirəcək. Bu film Azərbaycan auditoriyası üçün nümayiş olunacaq ilk səssiz filmdir və filmin canlı musiqiləri British Council-ın Envision Sound 2019 müsabiqəsinin finalisti Azər Hacıəsgərli tərəfindən bəstələnib. Musiqilər istedadlı five-up and coming qrupu tərəfindən ifa olunub. " Yeraltı" filmi  British Council-ın Azərbaycanda Park Cinema-nın yaxın tərəfdaşlığı ilə həyata keçirdiyi kino mövsümünün ilk açılış filmi olacaq. British Council bu ilki kino nümayişlərinin əsas mövzusu olan Bərabərlik, Müxtəliflik və İnkluzivliyi təbliğ edir.

Yaş məhdudiyyəti / Dil

12+
Underground: Canlı musiqi ilə səssiz film Underground: Canlı musiqi ilə səssiz film