Principal’s Academy: Təhsil liderlərinin 4 rolu

Tədbir haqqında

“Leader in Me” Direktorlar Akademiyası, dünyanın aparıcı məsləhət şirkətlərindən biri olan “FranklinCovey” şirkətinin əsas liderlik treninqini məktəb direktorları və təhsil liderlərinin ayağına gətirir. Bu iki günlük təlim proqramı rəhbərləri nəzarət əsaslı yox insan potensialını ortaya çıxarma və həvəsləndirmə əsaslı liderlik paradiqmasını mənimsəmələrinə sövq edəcəkdir. Təlim iştirakçıların ortaq vizyon ətrafında məktəb sistemlərini nizamlamaları, əməkdaşların istedadlarını üzə çıxarmaları və həqiqi mənada təhsil liderləri halına gəlmələri üçün onların çalışdıqları məktəblərdə dərhal tətbiq etməyə başlaya biləcəkləri praktiki bacarıq və alətləri əhatə edir.

2 gün davam edəcək təlimdə iştirakçılar təhsil liderlərinin 4 əsas rolu (model olma, uzaqgörənlik, nizamlayıcılıq və səlahiyyət vermə) ilə tanış olacaq və özlərinin güclü və inkişaf etdirilməli yönlərini qiymətləndirəcəklər. İştirakçılar məktəblərin üzləşdiyi xroniki problemləri həll etmək üçün güclü liderlik alətlərindən necə istifadə etməyi öyrənəcəklər.

 

Təlimin proqramı:

1-ci gün (16 dekabr 2022)

Səhər

Təməl: Bütöv insan paradiqması; Təhsil liderlərinin 4 rolu

Rol 1 – Model olma: Xarakter və səriştə etimad və etibara gətirib çıxarır.

  • 7 vərdişlə bağlı yeni anlayışlar
  • Yüksək etibarlı liderlərin 13 davranışı

Günorta

Rol 2 – Yol tapma: Təhsil liderləri aydın, cəlbedici ortaq vizyon və etibarlı strategiya qururlar.

  • Aydın və cəlbedici vizyonu açıq şəkildə ifadə edin.
  • Ən vacib boşluğunuzu müəyyənləşdirin.
  • Strateji hekayə yaradın.

 

2-ci gün (17 dekabr 2022)

Səhər

Rol 3 – Nizamlama: Əldə etdiyimiz nəticələr sistemlərimizin nəyə uyğun olduğunu göstərir.

  • Əla məktəb sistemləri
  • Məqsədə nail olma sistemi: 4 Disiplin
  • Məktəbdə ardıcıl hədəflər

Günorta

Rol 4 – Səlahiyyətləndirmə:  Təhsil liderləri əməkdaşlara lazımi səlahiyyətləri verərək hər kəsin istedadının üzə çıxmasını təmin edirlər.

  • Nəzarət yoxsa sərbəstlik
  • Liderlik söhbətləri: Səs, Performans, Yolu təmizlə

Fəaliyyət planlaşdırması

 

 

Təlimin sonunda iştirakçılar aşağıdakıları əldə edəcəklər:

  • FranklinCovey şirkəti tərəfindən sertifikat
  • Gələcək beynəlxalq əməkdaşlıq imkanları
  • Təlim materialları

Məkan: Excelsior Hotel & Spa ( Excelsior Hotel & Spa Afurja zalı)

 

* Biletlər 2 səbət şəklində satılacaq:

1 səbət - 05.12.22 - 12.12.22 - 400 AZN

2 səbət - 12.12.22 - 17.12.22 - 500 AZN

5 və ya daha çox nəfər qrup şəkilində müraciət edənlərə isə +994516347391 nömrəsi ilə əlaqə saxlayıb 30% promokod əldə edə biləcəklər. 

 

Qeyd: Gün ərzində 2 dəfə çay fasiləsi (coffee break) və nahar ödənişə daxildir.

Təlimçi: Cənab Fazal Niazi, FranklinCovey Education (ABŞ) şirkətinin regional təlim rəhbəri

 

Yaş məhdudiyyəti / Dil

16+
Principal’s Academy: Təhsil liderlərinin 4 rolu Principal’s Academy: Təhsil liderlərinin 4 rolu