Bədii gimnastika üzrə 1-ci beynəlxalq “Ocaq kuboku”

Tədbir haqqında

Ocaq Sport” klubu ilk dəfə olaraq bədii gimnastika üzrə 1-ci beynəlxalq “Ocaq kuboku” təşkil edəcək

 

Noyabrın 25-dən 27-dək “Ocaq Sport” klubu ilk dəfə olaraq bədii gimnastika üzrə 1-ci beynəlxalq “Ocaq kuboku” təşkil edəcək. Milli Gimnastika Arenasında keçiriləcək yarışda yerli və xarici klubların kiçikyaşlı gimnastları mübarizə aparmaq imkanı əldə edəcəklər. Yarışda 2007-2016-cı il təvəllüdlü  gimnastlar həm fərdi, həm də qrup hərəkətləri üzrə ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Ocaq Sport” Klubunun yaradılmasında məqsəd gimnastika növlərini inkişaf və təbliğ etdirmək, eləcə də yığma komandalar üçün yüksək səviyyəli idmançılar hazırlamaqdan ibarətdir. İdman ocağının yetirmələri indiyədək ölkəmizdə  gimnastikanın inkişafına öz uğurlu töhfələrini veriblər. Klubun idmançıları dəfələrlə yerli yarışlarda fərqlənərək yığma komandanın heyətində yer alıb, eləcə də müxtəlif beynəlxalq yarışlarda nailiyyətlər qazanıblar. Klubda gimnastikanın 8 yarış növü - bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası, akrobatika, aerobika gimnastikası, TeamGym və Parkur üzrə bölmələr və qeyri yarış növü olan gimnastika hamı üçün bölməsi fəaliyyət göstərir. “Ocaq Sport” Klubu tərəfindən hər il mütəmadi olaraq müxtəlif idman növləri üzrə yerli yarışlar təşkil edilir.

Yaş məhdudiyyəti / Dil

6+
Bədii gimnastika üzrə 1-ci beynəlxalq “Ocaq kuboku” Bədii gimnastika üzrə 1-ci beynəlxalq “Ocaq kuboku”