İdman Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF Trophy 2019

Tədbir haqqında

Azərbaycan Gimnastika Federasiyası 14-17 mart tarixlərində Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokuna ev sahibliyi edəcək.

Kubok, Tokio-2020 Yay Olimpiya Oyunlarına getmək istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda  iştirak etmək üçün 51 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 167 kişi və 80 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. Çox sayda Olimpiya mükafatçıları, Dünya və Avropa çempionatı medalçılarının qatılacağı turnirin adlar ilə olan siyahısı isə fevral ayının ortalarında açıqlanacaq.

Qeyd edək ki, dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Yaş məhdudiyyəti / Dil

0+
İdman Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF Trophy 2019 İdman Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF Trophy 2019