Rinq Şou-TV layihə

Tədbir haqqında

 "RİNG SHOW" heyətinin əsas missiyası. Həyatımızın ayrılmaz bir hissəsinə çevrilmiş, idmanı tanımağa dəvət edən bir TV layihədir "RİNQ ŞHOW". .

Layihənin məzmunu:
Layihə 1 bəy aparıcının təqdimatında olacaq. Şərtlər çox sadədir, tanınmış Kikboksing ustalarının bir neçə raunddan ibarət döyüşü təşkil olunacaq.

İlk öncə bir idman ustası aparıcı tərəfindən seçiləcək. Onun rəqibi olacaq idmançı isə sms vasitəsi ilə seçiləcək.Bu da döyüşən idmçançıların əvvəlcədən deyil məhz elə tamaşıçılar tərəfindən seçilməsinə şərait yaradacaq. Tamaşaçılar kimi istəyib seçəcəksə məhz həmin idmançılar döyüşəcəkdir.

Həftə ərzində 5 döyüş keçiriləcək.Bir neçə turdan ibarət olacaq yarışlar adi idman qaydaları əsasında keçiriləcək.Qalib gələn idmançı növbəti mərhələyə keçəcək,ardıcıl olaraq yarımfinal və sonda möhtəşəm final döyüşü olacaqdır.

Final efiri isə daha möhtəşəm olacaqdır.Belə ki ,final günü respublikamızın tanınmış idmançıları,idman ustaları və şou biznes nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.

Biri-birindən maraqlı olan döyüşlər 90 dəqiqə ərzində tamaşaçılara təqdim olunacaqdır.

Yaş məhdudiyyəti / Dil

6+
Rinq Şou-TV layihə Rinq Şou-TV layihə