TEKNOFEST

Tədbir haqqında

“Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur.

“Teknofest Azərbaycan” tədbirinin 2022-ci ilin 26-29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilməsi planlaşdırılır. Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.

“Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.

Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.

İctimai nəqliyyatdan istifadə etməklə:

  • 5 №-li avtobus (N.Nərimanov m/st – 28 may m/st – Sahil m/st – Azneft meydanı – 20-ci sahə dairəsi – Bayıl qəsəbəsi);
  • 6 №-li avtobus (Azadlıq prospekti m/s – 8-ci mk/r – Həsən Əliyev küçəsi – Elmlər Akademiyası m/st – İçəri şəhər m/st – 20-ci sahə – dairəsi Bayıl qəsəbəsi);
  • 53 №-li avtobus (Badamdar qəsəbəsi – 20-ci sahə dairəsi – İçəri şəhər m/st – Elmlər Akademiyası m/st – Botanika bağı);
  • 88 №-li avtobus (Dərnəgül m/st – 7-ci mk/r – 8-ci mk/r – Azadlıq prospekti – 28 may m/st – Sahil m/st – Azneft meydanı – 20-ci sahə dairəsi – Bayıl qəsəbəsi);
  • 125 №-li avtobus (Lökbatan qəsəbəsi – Binə ticarət mərkəzi – Şıx qəsəbəsi – Bayıl qəsəbəsi – 20-ci sahə dairəsi – Azneft meydanı – 28 may m/st);
  • 205 №-li avtobus (Nəsimi m/st – Əcəmi m/st – 20 yanvar m/st – İnşaatçılar m/st – Parlament prospekti – İçəri şəhər m/st – Dövlət Bayrağı meydanı – Sədərək ticarət mərkəzi).

Təşkil olunmuş xüsusi avtobus reyslərindən istifadə etməklə:

Tədbir zamanı 28 may m/st-nın yaxınlığından tədbirin keçiriləcəyi əraziyə (Bakı Kristal Zalı) saat 8:30 – 18:00 aralığında və əks istiqamətdə 9:00 – 21:00 aralığında ödənişsiz avtobus fəaliyyət göstərəcəkdir.

Taksi xidmətindən istifadə etməklə:

Aşağıdakı ünvanlarda “Baki Taksi Xidməti” MMC-nin taksi dayanacaqları təşkil edilmişdir:

  • Heydər Əliyev Beynəlxalq Aeroportu;
  • Park Inn Otel;
  • InterContinental Otel
  • Courtyard by Marriott Baku Otel;
  • Atletlər kəndi;
  • 28 may m/st;
  • Dövlət Bayrağı meydanı.

İştirakçılar digər taksi xidmətlərindən də istifadə edə bilərlər.

Piyada olaraq:

Tədbirin keçiriləcəyi əraziyə piyada getmək də mümkündür və bunun üçün aşağıdakı yollardan istifadə etmək olar:

  • JW Marriot Absheron Baku Otel – Dənizkənarı Bulvar – Bakı Kristal Zalı (4.7 km);
  • Sahil m/st – yeraltı keçid – Dənizkənarı Bulvar – Bakı Kristal Zalı (3.7 km);
  • Azərbaycan Dövlət Kukla Teatrı – yeraltı keçid – Dənizkənarı Bulvar – Bakı Kristal Zalı (2.9 km);
  • Azneft meydanı – yeraltı keçid – Dənizkənarı Bulvar – Bakı Kristal Zalı (2.5 km);
  • Azərbaycan Milli Xalça Muzeyi – Dənizkənarı Bulvar – Bakı Kristal Zalı (2.2 km);
  • Dəniz Mall – Dənizkənarı Bulvar – Bakı Kristal Zalı (2.0 km).

Şəxsi nəqliyyat vasitəsilə:

  • Şəxsi nəqliyyat vasitəsitələrlə tədbirə gələcək iştirakçılar Bayraq meydanının yaxınlığında təşkil edilmiş parklama ərazisindən istifadə edə bilərlər.

Yaş məhdudiyyəti / Dil

5+
TEKNOFEST TEKNOFEST