Xəzər balladası - Xeyir və Şər

Tədbir haqqında

COVİD19 pasportu və ya imun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

Dekabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun "Xəzər balladası", "Xeyir və Şər" baletlərinin tamaşası keçiriləcəkdir. Tamaşalar qocaman bəstəkarın 90 illik yubileyinə həsr olunmuşdur.

"Xəzər balladası" baleti musiqi və xoreoqrafiyasınındili ilə dənizin dərin qatlarından neft çıxaqmaqla məşğul olan neftçilərin çətin və rəşadətli əməyini tərənnüm edir, eyni zamanda müasir dövrdə bəşəriyyət üçün əsl fəlakətə çevrilən ekoloji problemlərdən biri - dənizin çirklənməsinə qarşı insanları sayıq olmağa, mübarizəyə çağırır.

Bəstəkarın ikinci baleti "Xeyir və Şər" böyük Nizaminin eyni adlı poemasının motivləri əsasında səhnəyə qoyulmuşdur. Tamaşada Yer üzərində bir-biri ilə əbədi  ziddiyətdə olan iki qüvvə - Xeyir və Şər qüvvələrin mübarizəsi və bu mübarizədə Xeyrin Şər üzərində mütləq qələbəsindən bəhs olunur.

Hər iki tamaşanın dirijoru Dirijorların Antal Dorati adına  beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov, quruluşçu baletmeyster Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyevadır. Tamaşaların quruluşçu rəssamı mərhum Xalq rəssamı Tahir Tahirovdur.

Əsas rollarda balet truppasının solistləri - Əməkdar artistlər Nigar İbrahimova, Samir Səmədov, Cəmilə Kərimova, Anar Mikayılov, solistlər - Ayan Eyvazova, Timur Oduşev, Yuliya Ferştandt və b. çıxış edəcəklər

 

Yaş məhdudiyyəti / Dil

0
Xəzər balladası - Xeyir və Şər Xəzər balladası - Xeyir və Şər