Gülməli adam

Tədbir haqqında

“Gülməli adam” tamaşası Fyodor Dostoyevskinin fantastik hekayəsi əsasında qurulub. Bu quruluş, baş rolun ifaçısı, eləcə də rejissor və tamaşanın müəllifi, teatrın gənc aktyoru Fyodor Malışevin və “Besı” musiqi qrupunun birgə işidir. Tamaşaçının qarşısında – öz-özünə zülm verməkdən mazoxistik həzz alan, xarakterin ən alçaq xüsusiyyətlərini bütün çılpaqlığı ilə ortaya qoyan, əl vurduğu hər şeyə nifrət edən gənc əsəbi şəxsdir. Onun refleksiyası, insanı eyni zamanda həm ovsunlayır və həm özündən uzaqlaşdırır: sanki, qəddar və pozğun mahiyyətin təkəbbürü və elə özünün səmimi iztirabı ilə təkbətək döyüşünə tamaşa edirsən. Zəfərdən peşmançılığa, pafosdan etirafa.... İdeya və quruluş – Fyodor Malışev Dirijor – Polina Aqureyeva Səhnə və işıq tərtibatı – Vladislav Frolov Kostyumlar – Valeriya Kuroçkina Musiqi tərtibatı – "Besı" qrupu Tamaşa Azərbaycan subtitrləri ilə rus dilində nümayiş olunacaq Tövsiyə edilən yaş: 18+ Biletlərin qiyməti 10 AZN-dir. Biletləri iTicket kassalarından və iticket.az onlayn platformasından əldə etmək olar. Tarix: 4 noyabr Saat: 19:00 Məkan: ÜNS Yaradıcılıq Səhnəsi

Yaş məhdudiyyəti / Dil

18
Gülməli adam Gülməli adam