Aida

Tədbir haqqında

"Aida" (3 pərdəli opera)

Yaş həddi: 6+

Kompozitor: Cüzeppe Verdi

Libretto müəllifi: A.Qislansoni

Baş rolda: Afaq Abbasova

Janr: Klassik opera

Dil: İtalyan

Tamaşanın müddəti: 3 saat

 

Tamaşanın dirijoru: Yalçın Adıgözəlov

Quruluşçu rejissor: M.Kvaliaşvili

                                                               Operanın qısa məzmunu

     Memfisdə fironun sarayı. Baş kahin Ramfis sarayın keşik başçısı Radameslə rastlaşıb ona həyəcanlı bir xəbər verir. Efiopiya şahı öz qoşunları ilə yenidən Misirin sərhədlərini keçmişdir. Tezliklə onun qarşısına qoşun yeritmək lazımdır, əks halda o paytaxtı mühasirəyə ala bilər.

Ramfis misirlilərin yürüşünə başçılıq etmək şərəfinə kimin nail olacağını allahlardan soruşmaq məqsədilə İzida məbədinə gəlir. Şöhrət arzusunda olan Radames fikirləşir: əgər bu şərəf ona nəsib olarsa o, doğma şəhərinin düşmənə təslim olmasına imkan verməz.

Firon allahların istəyini təntənəli şəkildə xəbər verir: Misir qoşunlarına Radames başçılıq edəcəkdir. Mükafat olaraq o, fironun qızı Amnerisdən onun köləsi - sevgilisi Aidanı azad etməyi xahiş edəcəkdir.

Amneris Efiopiya üzərində qələbə qazanan Radamesin gəlişini gözləyir. Düşmənin darmadağın edilməsi, gözlədiyi şəxsin qələbəsi, tezliklə baş tutacaq görüş - bütün bunlar Amnerisi sevindirir Lakin Aidanı görərkən qəlbində tərəddüd və qısqandıq hissi baş qaldırır. Aidanın sirrini öyrənmək məqsədilə fironun qızı Radamesin öldüyünü ona xəbər verir. Aida öz kədərini gizlədə bilmir. Qəzəblənmiş Amneris öz köləsini amansız intiqam alacağı ilə hədələyir. Meydandan qələbə marşının sədaları eşidilir - xalq qalibi salamlayır. Aida allahdan ölüm diləyir - o, məhəbbətindən imtina etməyə özündə qüvvə tapa bilmir.

Fiva meydanında Misir qoşunları təntənə ilə qarşılanır. Fironun qarşısından əsir efioplar keçir, Amonasro da onların arasındadır. Aida atasının üstünə atılır, amma şah ona yaxınlaşmamaq haqqında xəbərdarlıq edir. Heç kim onun şah olduğunu bilməməlidir.

Amonasro özünü şahın sərkərdəsi adlandırır, şahın isə həlak olduğunu deyir. Əsirlər aman diləyirlər - onlara bütün xalq qoşulur. Nəhayət ki, ali kahinin məsləhəti ilə firon Aida və atasını girov saxlamağı qərara alır. Qızını isə Radamesə ərə verir.

Amneris Aidanın kədərinə sevinir. Nilin sahilində, İzida məbədində Amneris Radameslə nikah bağlamağa hazırlaşır. Aida sevgilisi ilə əbədi vidalaşmaq üçün onu gözləyir: o ayrılığa dözə bilməyib, özünü Nilə atmağı qərara alıb. Aida bir daha görə bilməyəcəyi vətənini xatırlayır. Qəfildən Amonasro gəlir. O, qızının məhəbbətindən və Amnerislə rəqabətindən xəbər tutmuşdur. Ata Aidadan tələb edir ki, o Radamesdən hansı yol ilə efiopların üzərinə gedəcəyini öyrənsin. Aida razı olmur, ata onu lənətləyib fironun vətənini satmış kənizi adlandırır. Daxili mübarizədən bezmiş Aida məhəbbətini vətəninə qurban verməyə razı olur. Radamesin gəldiyini görən Amonasro gizlənir.

Radames qələbəsinə əmindir, amma Aida onunla razılaşmır: fironun qızı onları məhv edəcək. Yeganə xilas yolu Efiopiyaya qaçmaqdır. Radames qərara gələ bilmir, o, Vətənini ata bilmir. Ancaq Aida onu məcbur edir. Heç. nədən şübhələnməyən Radames sirri açaraq Misir qoşunlarının gedəcəyi yolu ona deyir. Amonasro görünür - indi efiopların qələbəsi mütləqdir. Radames dəhşət içindədir. O özündən xəbərsiz vətən satqını olub. Amonasro və Aida onu sakitləşdirmək istəyir və onlarla qaçmağı təklif edirlər. Radames məbəddən çıxan Ramfisi görərək özünü kahinə təslim edir. Aida və atası qaçırlar. Məbədin altında Radamesin məhkəməsi qurulur. Amneris yalvarır ki, Aidadan əi çəksin, ona öz əlini və Misir tacını təklif edir. Amma Radames öz sözünün üstündə durur. Aidaya görə o vətəninə xəyanət edib. Fironun qızı gah Radamesdən dəhşətli qisas alacağını deyir, gah da allahdan onun xilasını arzulayır. Ali kahin Ramfis hökm verir - xain diri-diri məbədin altında basdırılmalıdır. Amneris kahinlərin insafsızlığını lənətləyir.

Radames məhbəsə salınıb. Ölüm qabağı o sevgilisini arzulayır. Birdən zəif bir inilti eşidilir, Aida Radamesin taleyinə şərik çıxmaq üçün, onunla birlikdə ölmək istəyir. İndi heç kəs onları ayıra bilməz. Məbəddən kahinlərin oxumaq səsi gəlir. Məhbəsin ağzını bağlayan daşın üstündə, Amneris dərin kədər içində allaha dua edir və ürək rahatlığı istəyir.

Yaş məhdudiyyəti / Dil

6+
Aida Aida