• Cəfər Cabbarlı. “Aydın” Eyniadlı pyesin motivləri əsasında səhnə redaksiyası: Cənnət Səlimova Quruluşçu rejissor – Cənnət Səlimova Xalq Artisti Tamaşa iki gəncin nakam məhəbbətindən bəhs etsə də, əslində insanlar arasında təbəqələşmənin ən ağır fəsadları göstərilir. Dövlət bəy kimi harınlar Gültəkin kimi gözəl xanımları ələ keçirmək üçün min cür hiyləyə əl atırlar. Nəticədə, Aydın kimi təmiz, istedadlı bir gənc işsiz qalıb tüfeyli həyat sürməyə başlayır. Öz sevgilisini qurtarmaq naminə yanlış addım atan Gültəkin böyük xəyanətinin ağır cinayət olduğunu anlayandan sonra zəhər içib özünü öldürür. Neft və milyonlar səltənətində ağır zəhmətlə çalışan fəhlələrə olan haqsızlıqlar, ədalətsizlik qabarıq səhnə şərtiliklərini ilə təcəssüm tapır.

Keçirilmə məkanı

Gənc Tamaşaçılar Teatrı

Ünvan
Nizami küçəsi 72, Bakı, Azərbaycan
Telefon
(+994 51) 466 23 80
Faydalı məlumat
Yaş həddi:
16+ yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
19:00 - 21:05 - B., 17 Fev