"Bir, iki, bizimki..."
Yaş həddi: 13+
Müəllif: Kamal Abdulla
Janr: Dram
Dil: Azərbaycan
Tamaşanın müddəti: 65 dəqiqə
Quruluşçu rejissor: Əlif Cahangirli
Quruluşçu rəssamı: İlham Elxanoğlu
Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində yazıçı Kamal Abdullanın pyesi əsasında hazırlanan tamaşa Teatr Xadimləri İttifaqının keçirdiyi “Boş məkanın dolğunluğu-2” festivalının qalibi olub. Səhnə əsərində əbədi rahatlıq tapmaq istəyən insanın arzusu, iki fərqli dünyanın sakinlərinin söhbəti, onların bir-birlərinə təmassız toxunuşları, sevgi, ehtiras, peşmançılıq və yenidən qovuşmaq arzusları nağıl dili ilə təqdim olunur. Tamaşada bu dünya ilə o dünya, kimin diri, kimin ölü olmağı da simvolik xarakter daşıyır. Yazıçı Kamal Abdulla əsəri 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir. Tamaşa maraqla baxılır.