“Bolero” “Arlezianka”

Tədbir haqqında

"Bolero" (1 pərdəli balet)

Yaş həddi: 6+

Kompozitor: Moris Ravel

Tipı: Klassik

Tamaşanın müddəti: 20 dəqiqə

 

Tamaşanın dirijoru: Yalçın Adıgözalov (xalq artisti)

Quruluşçu baletmeyster: Nikolya Müssen (Fransa)

                                        Rollar və İfaçılar:

Gülağasi Mirzəyev (xalq artisti) ,Samir Səmədov (əməkdar artist),Yuliya Ferştandt,Anar Mikayilov, Samirə Məmmədova

                                  BALETİN QİSA MƏZMUNU

          Ravelin ispanizmi elmilikdən daha çox "xəyalidir". Ritmi iki dəfə sürətli olan ənənəvi "Bolero" dan Ravel ancaq onun arxetipini saxlayır.

          Romantizma qarşı mübarizə aparan bu romantik, metafizikadan və eqsiztensial qərinələrdə yaşayan incəsənətdən imtina edir. Onun

yaradıcılığında hər şeydən əvvəl özünün daxili faciəsindən gələn, süni, mahir va hamıya meydan oxuyan bir sənətə rast gəlirik.

          1928-ci ildə yazılmış ’’Bolero" əsərindəki biz, sanki "nəfəs alan özünə çıxış yolu axtaran" musiqidən daha çox, insan taleyi ilə qarşılaşırıq. İntellekt və həssaslıq, idrak və ehtiras arasındakı daimi rəqabət, bu daxili, amansız mübarizəni örtüb gizlədir.

          Bu əsərdə, iki dünya müharibəsi arasında, qayğısız və "yüngül", dekadent meylli Fransanın ruhu təsvir olunmuşdur.Barokko dövründə olduğu kimi sənətkarlardan və dəyərlərdən yararlanan süni əsərlər yaradırlar.

          Bu nəzərdən, "Bolero" ötən zamanın və onun qarşısında insanın gücsüzlüyünün misilsiz bir rəmzidir.

Yaş məhdudiyyəti / Dil

6+
“Bolero” “Arlezianka” “Bolero” “Arlezianka”