Karmen

Ş. 15.12.2018 19:00

"Karmen" (4 pərdəli opera)

Yaş həddi: 6+

Kompozitor: Jorj  Bize

Libretto müəllifi: Lüdovik Qalevinin,Anri Melyak

Janr: Faciə

Dil: Fransız

Tamaşanın müddəti: 3 saat 20 dəq

 

Tamaşanın dirijoru: Eyyub Quliyev (əməkdar artist)

Quruluşçu rejissor: Hüseyn Əliyev (əməkdar artist)

Quruluşçu rəssam: İvan Sevastyanov (Rusiyanın xalq rəssamı)

Xormeyster: Sevil Haciyeva (əməkdar incəsənət xadimi)

Baletmeyster: Tamilla Məmmədova (əməkdar artist)

Konsertmeysterlər: Nərgiz Ağayeva,Aysel Məlikova

Tamaşanı idarə edən: Kamil Sultanov (əməkdar mədəniyyət işçisi)

                                    Rollar və İfaçılar:

İrina Jitinskaya (Vroslav opera Teatrının aparıcı solisti (Polşa), vokalçıların beynəlxalq müsabiqələrinin laureatı)

Andrey Romanenko (Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın xalq artisti)

Əli Əsgərov (xalq artisti), Gülyaz İsmayilova (əməkdar artist), İnarə Babayeva (əməkdar artist), Cahangir Qurbanov (əməkdar artist), Tural Ağasiyev, Nina Makarova

                         OPERANIN QISA MƏZMUNU

                        İspaniya, XIX əsrin birinci yarisı 

Birinci pərdə.

Sevilyada meydan. Parlaq günəş altında, alabəzək insan kütləsi gəzişir. Kazarma qabağındakı əsgərlər maraqla qızlara baxırlar. Serjant Moralesin bir qızdan xoşu gəlir. Bu briqadir Xozenin nişanlısı Mikaeladır. Sevgilisini tapmayıb Mikaela gedir. Keşikçi növbəsi dəyişir. Xozenin komandası ilə əsgərlər gəlir. Tütün fabrikində zəng səsi günorta tənəffüsünün başlandığını bildirir. Meydana çoxlu fəhlə qadınlar çıxır: onların arasında gözəl Karmen də var. Onu yalnız Xoze maraqlandırır, Xoze isə bu qaraçı qıza heç bir əhəmiyyət vermir. Karmen Xozeyə gül atır. Xozeye elə gəlir ki, bu gül sehrlidir.

Mikaelanın gəlişi Xozeni Karmenden ayırır. Xoze anasını, doğma kəndini məhəbbətlə yada salır. Birdən çığırtı eşidilir. Karmen rəfiqəsi ilə dalaşaraq onu bıçaqlayır.

Kapitan Suniqanın əmri ilə Xoze günahkarı tutur. Karmen şən bir mahnı oxuyaraq Xozeyə öz məhəbbətini azadlığı əvəzinə təklif edir. Xoze Karmeni buraxır. 

İkinci pərdə.

Sevilya yaxınlığında kabakda çoxiu adam var. Karmen toreodor Eskamilionun komplimentlərinə qulaq asır. O qəmgindir. Qaçaqmalçı Remendado, Dankayro, rəfiqələri Fraskita, Mersedes Karmenə xeyirli bir iş təklif edirlər, Karmen isə cavab vermir. O, Xozeni gözləyir, axı bütün ürəyi ilə ona aşiq olmuşdur. Xoze gəlir. O, Karmenə olan məhəbbətindən az qala ağlını itirsin. Birdən o qaraçı qızı ilə görüşə gələn kapitan Suniqa ilə rastlaşır və rəqibinin üstünə atılır.

Artıq o kazarmaya dönə bilməz, Xoze qaçaqmalçılara qoşulub azadlığa, məhəbbətə baş vurur. 

Üçüncü pərdə.

Qaçaqmalçılar gecə qayaların üstü ilə gedirlər. Karmen ve Xoze də onlarladır. Artıq Karmen onu sevmir. İndi o toreador Eskamilyonu sevir. Kartların pis niyyəti, Xozenin qısqanclığı onun hisslərini dəyişə bilmir.

Birdən Mikaela gəlir, o Xozeni yenə də sevir və anasından Xozeyə məktub gətirir. Ana ölüm ayağında oğlunu görmək istəyir. Ancaq Xoze dəyişilib, çox qəzəblidir. Karmen toreadoru Xoze ilə bıçaq davasından saxlayır, Mikaela Xozeni aparır, Xoze qışqırır ki, intiqam alacaq. 

Dördüncü pərdə.

Sevilyada sırkin qabağındakı meydanda əyləncə istəyən adamlar yığışıblar. Onlar öz qəhrəmanları - toreador Eskamilyonu qarşılayırlar. Xoşbəxt Karmen onun qabağına çıxır, Xozenin Sevilyaya gəlməyinə əhəmiyyət vermir. Birdən o Xozeyə rast gəlir və onun bağışladığı üzüyü həqarətlə tullayır. Ona azadlıq lazımdır. Xoze alçalaraq Karmenə yalvarır. Ancaq məğrur qaraçı razılaşmır.

Xoze başını itirib, Karmeni bıçaqla öldürür. "Məni tutun! Mən onu ö!dürdüm"-deyə Xoze kütlə qarşısında qışqırır.

Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan