Əsli  və Kərəm

Tədbir haqqında

COVİD-19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

"Əsli və Kərəm" (2 pərdəli opera)

Yaş həddi: 6+

Kompozitor: Üzeyir Həcibəyli

Libretto müəllifi: Üzeyir Həcibəyli

Janr: Dastan

Dil: Azərbaycan

Tamaşanın müddəti: 1 saat 50 dəqiqə

 

Tamaşanın dirijoru: Sevil Haciyeva (əməkdar incəsənət xadimi)

Quruluşçu rejissor: Hafiz Quliyev (əməkdar incəsənət xadimi)

                                    Operanın qısa məzmunu

                                              Birinci pərdə

Birinci şəkil.

İsfahan padşahının xəzinədarı keşişin qızı, yuxuda gördüyü oğlanın həsrətindədir.

Qızının aşiq olmasından xoşlanmayan keşiş onu məzəmmət edir.

Səyahətə çıxmış şahzadə Əhməd Mirzə, dostu Sofı ilə buraya gəlir. Şahzadə yuxuda gördüyü qızı axtarır və qəlbi onun eşqilə çırpınır. Keşiş onları böyük hörmətlə qarşılayır. Bir az sonra hər iki sevgili bir-birilə görüşürlər.

Qız şahzədədən Kərəm etməsini xahiş edir. Beləliklə oğlanın adı Kərəm, qızın adı isə Əsli olaraq qalır. Atasının səsini eşidən Əsli bağçanı tərk edir.

Şahzadənin ardınca gələn qoca keşiş işi duyur və Şahzadəni yola salandan sonra qızının Kərəmin ardınca həsrətlə oxuduğunu eşidincə, ona acıqlanır.

İkinci şəkil.

İsfahan padşahı oğlu Kərəmdən nə səbəbə ahu-zar etdiyini xəbər alır.

Kərəm yuxuda gördüyü və aşiq olduğu qızın, xəzinədar keşişin qızı olduğunu atasına bildirir.

Keşiş bu izdivaca razı deyil, ona görə də qocalığını bəhanə edərək vəzifəsindən istefa verir. Şah bu şərtlə istefanı qəbul edir ki, keşiş qızını Şahzadəyə versin. Keşiş qəti etiraz edir və bu izdivacın mümkün olmayacağını bildirir.

Şahın hədə-qorxusundan sonra keşiş razılıq verir. Lakin toya kimi beş ay möhlət istəyir və beləliklə başqa bir ölkəyə qaçmağı qərara alır.

Üçüncü şəkil.

Beş ay möhlət vaxtı keçmişdir. Şah, oğlu Kərəm və əyanlar keşişin evinə gəlirlər. Lakin keşiş onları qarşılamır, hamı təəccüblənir. Məlum olur ki,

Keşiş qızı Əsli ilə çoxdan köçüb getmişdir.

Kərəm yarını axtarmaq üçün Şahdan icazə istəyir. Əyanların təkidilə Şah razı olur. Kərəm atası ilə vidalaşdıqdan sonra, dostu Sofi ilə birlikdə yarını axtarmaq üçün uzaq səfərə hazırlaşır.

                                                    İkinci pərdə

Dördüncü şəkil.

Uzun müddət şəhərləri, kəndləri gəzib dolaşan Kərəm yollardan, dağlardan, qayalardan, gül və ağaclardan yarını soraqlayır.

Yoldan ötənlər keşişin Hələb şəhərinə getdiyini ona xəbər verirlər.

Üç yol ayrıcında qalan Kərəm, hansı yoldan getməli olduğunu bilmir. Qoca Şeyx Hələbin yolunu Kərəmə və Sofiyə göstərir.

Beşinci şəkil.

Hələb şəhərinin meydançalarının birində axşamçağı suya gələn qızlar çeşmə başında oturub oxuyurlar. Kərəm Sofi ilə buraya gəlir. O qızlardan Əslini xəbər alır.

Qızlardan biri keşişin yaşadığı evi onlara göstərir.

Kərəm sevgilisini səsləyir. Kərəmin səsini eşidən Əsli eyvanda görünür.

Bu zaman evə qayıdan keşiş Kərəmi tanıyır. Yalandan haray salıb köməyə çağırır: “Ay-haray, evimə oğru ginb”.

Kərəmi və Sofi ni həbs edib aparırlar.

Altıncı şəkil.

Hələb paşasının sarayında işrət zamanı, bir dəstə adam buraya gəlib, Kərəmin zindandan azad olunmasını xahiş edirlər.

Paşanın əmrilə Kərəmi və Sofini buraya gətirirlər. Kərəmin İsfahan padşahının oğlu olduğunu bilən və onun Əsliyə olan sevgisindən xəbərdar olan Paşa əmr edir ki, keşişi qızı ilə saraya gətirsinlər. Paşa çox təkid edir, lakin keşiş bu izdivaca qəti razılıq vermir. Ölümlə hədələnən keşiş nəhayət məcburi razı olur:

“Razıyam hərgah onlar həq aşiqləridirlərsə, hu dünyada kam almasınlar”, - deyərək sarayı tərk edir.

Kərəm və Əsli eşq alovu içərisində yanırlar.

Yaş məhdudiyyəti / Dil

6+
Əsli  və Kərəm Əsli  və Kərəm