Tanrıya on dörd məktub

Tədbir haqqında

Müəllif:Erik-Emmanuel Smitt

Quruluşçu rejissor: Əməkdar Artist Nicat Kazımov

Baş rolların ifaçıları:Anar Səfiyev, Mirsənan Kazımlı, Əməkdar artist  Qəmər Məmmədova və Zemfira Əbdülsəmədova,

Janr: dram

Tamaşanın müddəti: I hissə - 1 saat

                                   II hissə - 55 dəqiqə

 

                                                        Annotasiya

Erik-Emmanuel Smitt.  “Tanrıya on dörd məktub”

Tərcümə müəllifi Nicat Kazımov

(İkihissəli dram)

Quruluşçu rejissor – Nicat Kazımov

     Xərçənc xəstəliyinə tutulmuş on yaşlı Oskar Roza nənənin dəstəyilə öz daxili dünyası ilə mübarizə aparıb cəmiyyət həyatına qarışır. O, həyat sınaqlarında bərkiyir, özünü, dünyanı anlayır. Lakin bütün yaranmışlar kimi, ayrılıq ona da ağır təsir edir, çünki sevdiklərindən ayrılır...

Ağır dramatizmdən törəyən hadisələr tamaşanın plastik həllində əriyib bəşəri məqsədi ön plana çəkir. Tamaşa insanlara bir-birinə dəstək,  yardım kimi humanizm hissləri aşılayır.

Tamaşanı gözəl işıq və musiqi effektləri müşaiyət edir.

Yaş məhdudiyyəti / Dil

14+
Tanrıya on dörd məktub Tanrıya on dörd məktub