Mən gəldim qızlar...(Müharibə)

Tədbir haqqında

Lars Nuren. “Mən gəldim, qızlar” (“Müharibə”)

Yaş həddi: 18+

Müəllif: Lars Nuren (tərcümə edən: Dilsuz)

Quruluşçu rejissor:  Bəhram Osmanov (Əməkdar incəsənət xadimi)

Baş rolların ifaçıları: Qurban İsmayılov (Xalq artisti), Kəmalə Müzəffər (Əməkdar artist)

Janr:  psixoloji dram

Tamaşanın müddəti:  I hissə - 50 dəqiqə

                                    II hissə - 50 dəqiqə

 

            İsveç dramaturqu Lars Nurenin “”Müharibə”  pyesi əsasında hazırlanmış bu tamaşa 16 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulmuşdur. Bu səhnə əsərində dini, irqi, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir millətin və hər kəsin çətin sınaqlar zamanı başına gələ biləcək hadisələrdən bəhs edir.

            Müharibədə gözləri kor olmuş, amma böyük ümidlərlə yaşayan bir kişinin taleyindən bəhs edən bu tamaşa insanlığı təmkinli olmağa, düzlüyə səsləyir.  İki illik müharibədən sonra gəlib evinə çıxan ata hər şeyi bərbad vəziyyətdə görür. Evin qadını və qızları tamam dəyişmiş, müharibənin ağrı-acısı onları da sarsıtmışdır. Bir tikə çörək qazanmaq üçün hər kəs istədiyi yolla getmişdir. Ata ailəsini başına cəm etmək, yenidən onu bir ailəyə çevirmək üçün çox səbrlə davranır. Buna görə də hər şey onun maddi və mənəvi qələbəsi ilə başa çatır

Yaş məhdudiyyəti / Dil

18+ / Azərbaycanca
Mən gəldim qızlar...(Müharibə) Mən gəldim qızlar...(Müharibə)

Məkan yeri
Nizami küçəsi 72, Bakı, Azərbaycan