• Lars Nuren. “Mən gəldim, qızlar” (“Müharibə”) Tərcümə edəni: Dilsuz Quruluşçu rejissor – Bəhram Osmanov Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət xadimi İsveç dramaturqu Lars Nurenin “”Müharibə” pyesi əsasında hazırlanmış bu tamaşa 16 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulmuşdur. Bu səhnə əsərində dini, irqi, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir millətin və hər kəsin çətin sınaqlar zamanı başına gələ biləcək hadisələrdən bəhs edir. Müharibədə gözləri kor olmuş, amma böyük ümidlərlə yaşayan bir kişinin taleyindən bəhs edən bu tamaşa insanlığı təmkinli olmağa, düzlüyə səsləyir. İki illik müharibədən sonra gəlib evinə çıxan ata hər şeyi bərbad vəziyyətdə görür. Evin qadını və qızları tamam dəyişmiş, müharibənin ağrı-acısı onları da sarsıtmışdır. Bir tikə çörək qazanmaq üçün hər kəs istədiyi yolla getmişdir. Ata ailəsini başına cəm etmək, yenidən onu bir ailəyə çevirmək üçün çox səbrlə davranır. Buna görə də hər şey onun maddi və mənəvi qələbəsi ilə başa çatır.

Keçirilmə məkanı

Gənc Tamaşaçılar Teatrı

Ünvan
Nizami küçəsi 72, Bakı, Azərbaycan
Telefon
(+994 51) 466 23 80
Faydalı məlumat
Yaş həddi:
18+ yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
19:00 - 21:00 - B., 23 Dek