Xortdanın cəhənnəm məktubları

Tədbir haqqında

COVİD19 pasportu və imun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

 “Xortdanın Cəhənnəm məktubları”

Yaş həddi: 16+

Müəllif: Əbdürrəhim bəy Haqverdiyev

Quruluşçu rejissor: Boris Mandjiyev (RF və Kalmıkiya Respublikasının Əməkdar  incəsənət xadimi)

Baş rolların ifaçıları: Şövqi Hüseynov (Əməkdar artist), Elnur Bəhramxan (Əməkdar artist), Leyli Vəliyeva (Əməkdar artist), Elnur Kərimova (Əməkdar artist), Manaf Dadaşov, Eyvaz İbrahimov, Səbinə Məmmədzadə

Janr: psixoloji dram

Tamaşanın müddəti: bir hissəli  – 1 saat 35 dəqiqə

 

         Bir-birini təmiz məhəbbətlə sevən iki gənc - Fərmanla Gövhərtac mühitin ac qurşağına düşürlər.

Hacı Kamyab qızının Fərmana getməsinə razıdır. Lakin arvadı qızından bəhrələnmək, onunla hörmət sahibi olmaq istəyir. Fərmanın anası vəziyyəti başa düşüb deyir ki, oğlu qızı götürüb başqa yerə qaçsın.  Fərman isə xəstə anasını qoyub getmək istəmir.

         Xudayar xan oğlu  Gəray xana qızı almaq istəyir. Bu zaman Hacı Kamyab da, arvadı da bu izdivaca razılıq verirlər. Fərman başa düşür ki, artıq əmisi qızı ona verməyəcək. Hacı Kamyab Fərmanın qəlbini ələ almaq üçün onun anasına pul verir ki, alver eləsin, özünə iş qursun. Lakin Fərman qəbul eləmir. Çünki başa düşür ki, bu səxavətin arxasında nə dayanır.

Fərman Gövhərtacı qaçırdır. Tanınmış axund olan Əhməd ağanın evi salamatlıqdır deyə, Fərman qızı gətirib onun yanında qoyur. Kişinin gözü bu qıza düşür. Evi müqəddəs ev sayılan  Əhməd ağa düşünür ki, Hacı Kamyab çox varlıdır. Bu sərvət Fərmanın əlinə keçincə, elə öz  əlinə keçsin. Ona görə də qızın kəbinini özünə kəsir. Buna qızın anası sevinir. Xalqın gözündə hörmət sahibi olacaqlarını düşünən qızın valideynləri, əslində iki gəncin ölümünə fərman verirlər. Hər iki gəncin ciyəri vərəm bağlayır, hər ikisi ölür.

 

Yaş məhdudiyyəti / Dil

16+
Xortdanın cəhənnəm məktubları Xortdanın cəhənnəm məktubları