Sevgi Şərbəti

Ş. 12.01.2019 19:00

"Sevgi şərbəti" (2 pərdəli opera)

Yaş həddi: 6+

Müəllif: Qaetano Donisetti

Libretto müəllifi: Feliçe Romani

Janr: Şən dram

Dil: İtalyan

Tamaşanın müddəti: 2 saat 20 dəqiqə

 

 

Tamaşanın dirijoru: Əyyub Quliyev (əməkdar artist)

Quruluşçu rejissor: Nikola Tretyak (Ukrayna)

                                        Rollar və İfaçılar:

Adina-Inarə Babayeva (əməkdar artist),Nemirono-Fərid Əliyev (əməkdar artist),Belkore-Cahangir Qurbanov (əməkdar artist),Dulkamara-Əkrəm Poladov,Canetta- Sabina Əsədova

                              OPERANIN QISA MƏZMUNU

I pərdə

Gənc kəndli qızı Adına əyalətdə öz gözəlliyi və ərkönlüyü ilə məşhurdur. Adina bütün pərəstişkarları, xüsusən də onu böyük məhəbbətlə sevən utancaq gənc Nemorino ilə əylənərək onları lağa qoyur. Lakin qəlbinin dərinliyində Adina Nemorinoya qarşı laqeyd deyildir. Gəncin hisslərini ifadə etməkdə həddən artıq utancaqlığı qızı məyus edir.

Serjant Belkorenin vzvodu kəndə daxil olur. O orduda xidmət yaşı çatmış gəncləri əsgərliyə toplamaq üçün gəlmişdir. Qocaq serjant gözəl Adinanı çoxdan gözaltı etmişdir. Bu dəfə o “şiddətli hücumla” qızın qəlbini oviamağı qərara almışdır. Oğlanlar və qızlar ciddi rəqiblə qarşılaşan Nemorinoya rişğənd edirlər. İstehzalar talesiz gəncin tamamilə ümidsizliyə qapılmasına səbəb olur. Səyyar fırıldaqçı “doktor” Dulkamara meydanda görünür. Nemorino ondan bir şüşə ucuz şərab alır. Hiyləgər işbaz şərabı “sevgi şərbəti” kimi qələmə verir və Nemorinonu inandırır ki, bu içki ona Adinanın məhəbbətini qazanmağa kömək edəcəkdir. Nemorino şüşəni boşaldır, sərxoş olur və Adinanı unudur. Onun yelbeyinliyinə əsəbləşən Adina Belkoreyə ərə getdiyini elan edir. Elə bu zaman serjant Belkore kənddən geri çəkilib irəli hərəkət etmək əmri alır. Ona görə də toyu tezləşdirməyə çalışır. Sərxoşiuqdarı ayılan Nemorino Adinaya yalvarır ki, serjantia nikahdan imtina etsin. Lakin şıltaq Adina fikrini dəyişmək istəmir.

II pərdə

Adinanın evinin həyətində qonaqlar onun toyuna yığışmışlar. “Doktor” Dulkamara fəxri qonaqlar sırasındadır. Lakin Adina nikah müqaviləsini imzalamağa tələsmir. Nemorino fırıldaqçı Dulkamaradan daha bir şüşə şərab almaq istəyir, elə güman edir ki, sevgi şərbətinin ikiqat dozası sevgilisinin qəlbini ələ almağa kömək edəcəkdir. Lakin onun pulu yoxdur. Serjant Belkore Nemorinoya yardım edir. İyirmi skuda verərək Nemorinonu əsgərliyə səfərbərədir. Nemorino həmin pula daha bir şüşə “sevgi şərbəti” alır. Şərabı içəndən sonra yenidən şənlənir və özünü hamının qarşısında səcdə etdiyi qüdrətli döyüşçü kimi təsəvvür edir.

Kəndə xəbər çatır ki, Milanda Nemorinonun varlı əmisi vəfat etmiş və ona böyük sərvət qoyub getmişdir. Qəfildən qızların diqqətinin özünə yönəldiyini görən Nemorino bunu sevgi şərbətinin təsiri ilə əlaqələndirir. Nemorinonun varlanmasından xəbəri olmayan Adina isə başa düşür ki, gəncin ağılsız hərəkətləri ona olan çılğın sevgisi ilə əlaqədardır və nəhayət onu seçdiyini etiraf edir. Adina Belkoreyə pul ödəyər sevgilisini əsgəri xidmətdən azad edir. Nemorino hələ də ona üz vermiş xoşbəxtliyə inanmır. Lakin Adinanın nəvazişləri onu xoş gerçəkliyə qaytarır.

Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan