B. Nuşiçinin “Nazirin xanımı” Əsərin baş qəhrəmanı hansısa partiyanın üzvü olan kasıb bir məmurdur. Kasıbçılıq bu ailəni dilənçi vəziyyətinə salıb. Gözlənilmədən məmurun üzvü olduğu partiya hakimiyyətə gəlir və kasıb məmur nazir postuna yiyələnir. Dərhal hər şey dəyişir. Vəzifə, var – dövlət insan həyatını tam dəyişə bilər və dəyişir də. Bütün bunlar əsərdə əyani olaraq gözümüz qarşısında baş verir.