Payatsı

Tədbir haqqında

COVİD19 pasportu və ya imun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

“Payatsı” operasının ilk tamaşası 1892-ci ildə Milan teatrının səhnəsində keçirilmişdir. Həmin vaxtdan az sonra digər teatrların səhnəsinə vəsiqə qazanan opera bu günə kimi bir çox aparıcı dünya teatrlarının repertuarında möhkəm yer tutur.
“Payatsı” Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında 1999-cu ildə rejissor Cənnət Səlimova tərəfindən səhnəyə qoyulmuşdur. Bu günə kimi teatrın repertuarında möhkəm yer tutur, gözəl səhnə tərtibatı və kostyumlar, yüksək səviyyəli quruluş və iştirakçıların professional ifası ilə tamaşaçılar tərəfindən hər zaman rəğbətlə qarşılanır

Yaş məhdudiyyəti / Dil

6+
Payatsı Payatsı