Müfəttiş

Tədbir haqqında

COVİD19 pasportu və imun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

"Müfəttiş"

Yaş həddi: 13+

Müəllif: N.V.Qoqolun

Janr: Komediya

Dil: Azərbaycan

Tamaşanın müddəti: I hissə - 85 dəqiqə

                                    II hissə - 60 dəqiqə

Quruluşçu rejissor: Mikayıl Mikayılov

Quruluşçu rəssam: İlham Elxanoğlu                                            

Rus ədəbiyyatının görkəmli nümayəndəsi N. V. Qoqolun “Müfəttiş” əsəri mövzu və ideyasına görə bütün dövrlər üçündür desək, heç də səhv etmərik. Bu əsərin mövzusunu N. V. Qoqola A. S. Puşkin vermişdir. Şair, nasir və dramaturq kimi məşhur olan A. Puşkin bu maraqlı mövzunu nə üçünsə özü yazmayaraq N. Qoqola vermişdir. Deməli, o, bu mövzunu ancaq N. Qoqolun yazacağına inanmış və yanılmamışdı. Nəticədə, nəinki Rusiya, hətta dünya ədəbiyyatının inciləri sırasında dayanan “Müfəttiş” əsəri meydana çıxmış və yarandığı dövrdən bu günə qədər oxucu və tamaşaçıları daim özünə cəlb etmişdi.

Əsərin mövzusundan bu və ya digər şəkildə bir çox yazıçılar istifadə etmişlər. Mövzu belədir: Rusiyanın ucqar bir bölgəsinə müfəttiş gəlməsi haqqında xəbər yayılır. Hamı müfəttişin gəlməsini səbirsizliklə gözləyir. Səhvən bu yerlərə gəlib çıxmış avara Xlestakov paytaxt geyiminə görə səhvən müfəttişə oxşadılır. Xlestakov əvvəl heç nə anlamasada, sonra hər şeyi anlayır və məmnuniyyətlə müfəttiş rolunu oynayaraq, işlərinin öhdəsindən gəlməyən məmurlardan külli – miqdarda rüşvət yığaraq, aradan çıxır. Onun dostuna yazdığı məktub təsadüfən ələ keçir, lakin Xlestakov nökəri ilə artıq bu yerləri tərk edib. Hamı çaşğınlıq içərisindədir. Yeni bir xəbər ildırım sürəti ilə şəhərə yayılır. “Şəhərə müfəttiş gəlir”.

Yaş məhdudiyyəti / Dil

13+
Müfəttiş Müfəttiş