Trubadur

Tədbir haqqında

COVİD19 pasportu və imun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

"Trubadur" (4 pərdəli opera)

Yaş həddi: 6+

Kompozitor: Cüzeppe Verdi

Libretto müəllifi: C.Kammarano

Janr: Klassik balet

Dil: İtalyan

Tamaşanın müddəti: 3 saat

 

Tamaşanın dirijoru: Eyyub Quliyev

Quruluşçu rejissor: Hüseyn Əliyev

Operanın qısa məzmunu

Hadisələr XV əsrin əvvəllərində baş verir

I pərdə

Araqonda qəsr. Gecədir. Qraf di Lunanın qarovul rəisi Ferrando qraf qayıdana kimi hamını sayıq olmağa çağınr: qraf isə Leonoraya vurulmuşdur və gecələrini onun pəncərəsi altında keçirir. Keşikçilər yatmasın deyə Ferrando onlara qrafın kiçik qardaşının hekayəsini danışır: "Uşaq körpə olarkən onu bir qaraçı qadın "gözə gətirmiş" və atası həmin ifritə qadım yandırmağı əmr etmişdi. Qaraçı qadının qızı anasının intiqamını almaq məqsədilə uşağı oğurlayır. Qaraçı qadının yandırıldığı tonqalın külü içərisində yanmış uşaq sümükləri tapılır.

Qoca qraf kiçik oğlunun ölümünə inanmayaraq onu uzun müddət axtarsa da, axtarışlar heç bir nəticə vermir. Qocaböyük oğluna qardaşının taleyi haqqında öyrənməyi vəsiyyət edir."

Bu zaman qüllədəki saat gecə yarısı olduğunu bildirir. Hamı qorxu içərisində dağılışır.

Sarayın qarşısında bağ. Leonora öz rəfiqəsi və sirdaşı İnesə balkonun qarşısında oxuyan trubadurun bir müddət bundan əvvəl turnirdə qələbə münasibətilə mükafatlandırdığı hərbçi olduğu bildirir. Leonora trubaduru sevdiyini etiraf edir. Qızlar saraya daxil olurlar. Qraf di Luna görünür. Bu zaman musiqi səsi eşidilir. Leonora trubadura tərəf tələsir, lakin qaranlıqda onu qraf di Luna ilə səhv salaraq öpür. Ay işığında o səhvini başa düşür və trubadurdan üzr istəyir. Qraf rəqibinin qatı düşməni Manriko olduğunu başa düşür və onu döyüşə çağırır. Onlar qılından qaldıraraq səhnəni tərk edirlər.

II pərdə

Dağlarda qaraçı köçü. Azuçena və trubadur Manriko tonqal başında oturmuşlar.

Azuçena anasının ölümünü - bir vaxtlar qoca qraf di Luna tərəfindən edam edilən qaraçı qadım xatırlayır. Böyük həyəcan içərisində olan Azuçena anasının yandınlmasma görə intiqam almağa çalışaraq qrafın kiçik oğlunu oğurlayıb odun içərisinə atmaq istədiyini, lakin bağışlanmaz bir səhv nəticəsində öz doğma oğlunu yandırdığını söyləyir.

Monastınn yaxınlığında qraf di Luna öz döyüşçüləri ilə birlikdə Leonoram qaçırmağa hazırlaşır. Monax qadınların oxumaq səslər eşidilir. Leonora rəfiqələrinin əhatəsində görünür. Qraf onu güclə aparmağa çalışır, lakin bu zaman Manriko öz tərəfdarları ilə görünür və qızı özü ilə aparır.

III  pərdə

Qraf di Lunanın düşərgəsi, Manriko ilə Leonoranın gizləndiyi qəsrə hücum hazırlanır. Ferrando düşərgənin yaxınlığında tutulmuş Azuçenanı buraya gətirir. Qaraçı qadın öz oğlunu axtardığına inandırmağa çalışır.

Ferrando onu tanıyır: qrafın kiçik qardaşını oğurlayan odur! Azuçena Manrikonun adını çəkir və qraf rəqibinin anasını tutduğuna sevinir. Azuçena onu lənətləyir, hami qaraçi qadını tonqalda yandırmağı tələb edir. Manriko qalada Leonaroya təsəlli verir. Ruis Azuçenanı edam gözlədiyini Manrikoya xəbər verir. Manriko ona yardım etməyə tələsir.

IV pərdə

Leonora qaranlıqda Manrikonun saxlandığı həbsxana qülləsinə gəlib çıxır. Dəfin zənglərinin səsi və mənfur Miserere ölü duasını oxuyan səslər eşidilir. Qüllədən Manrikonun oxumaq səsi gəlir. Leonora sevgilisini xilas etməyə atılır. Qraf di Luna Manriko və onun anasını sübh tezdən edam etməyi əmr edir. Leonora rəhm etməyi xahiş edir: Əgər trubadur xilas olarsa, qrafın arvadı olmağa vəd verir. Qraf razılaşır, lakin Leonora hiss edilmədən zəhər qəbul edir.

Həbsxana. Manriko azadlıq arzusu ilə yanan Azuçenanı sakitləşdirir. O yatir.

Leonora daxil olur. O Manrikoya azadİiq xəbəri gətirərək onun qolları arasında ölür.Leonoranın yalanından qəzəblənən qraf qaçaraq gəlir və Manriko və Azuçenanı dərhal öldürmək əmrini verir.Azuçena ayılır və qrafın Manrikonu edam etməsini görərək, ona "sən öz qardaşını öldürürsən" deyə bildirir.

Yaş məhdudiyyəti / Dil

6+
Trubadur Trubadur