•                      “Trubadur”

    Yaş həddi: 6+

    Müəllif:  Cüzeppe Verdi

    Quruluşçu rejissor: Hüseyn Əliyevin

    Janr: Faciə

    Pərdə: 4

    Dil: İtalyan

    C.Verdi “Trubadur” operasının musiqisini cəmi 29 gün ərzində yazmışdır. Operanın librettosunu isə ispan dramaturqu A.Quteresin eyni adlı pyesi əsasında C.Kammarano qələmə almışdır. Tamaşanın premyerası 1853-cü il yanvarın 19-da Romada baş tutmuşdur. “Trubadur” elə ilk tamaşadan sonra tamaşaçılar tərəfindən sevilmiş və Verdinin ən populyar əsərlərindən birinə çevrilmişdir. Dörd pərdədən ibarət olan bu möhtəşəm opera yüz altmış ilə yaxındır ki, operasevərlər tərəfindən böyük maraqla qarşılanır. “Trubadur” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti rejissor Hüseyn Əliyevin quruluşu və dirijor – Xalq Artisti, professor Cavanşir Cəfərovun təfsirində səhnəyə qoyulmuş, 2009-cu ildə bərpa edilmişdir. Hazırda repertuarda ən baxımlı tamaşalardan biridir.

     

Keçirilmə məkanı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Ünvan
Nizami küçəsi 95, Bakı, Azərbaycan
Telefon
(+994 12) 493 31 88
Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Tədbirin davam etmə müddəti:
19:00 - 20:30 - Ş., 16 Mart