Yarımçıq qalmış

Tədbir haqqında

 “Yarımçıq qalmış”

Yaş həddi: 12+

Müəllif: Yefim Abramov, Leyla Bəyim

Quruluşçu rejissor: Vaqif Əsədov (Xalq artisti)

Baş rolların ifaçıları: Elnur Kərimov (Əməkdar artist),  Günel Məmmədova

Janr: psixoloji səpgili dram

Tamaşanın müddəti: bir hissəli - 1 saat 35 dəqiqə

 

         Maddi və mənəvi varlıq arasında qalan insanlar... Onlar Vətən üçün yaşadılar, Vətən yolunda şəhid oldular. Lakin onların ömürləri kimi sevgiləri də yarımçıq qaldı. Bu natamamlıq o demək deyil ki, gedənlərdən sonra onları yaşadanlar yoxdur: ailə üzvləri, dost-tanışları, sevgililəri, hər şeydən öncə  isə öz xalqı onların xatirəsində daim əziz tutur. Şəhidlər hər bir vətəndaşın qəlbində sevgi ilə qoruduğu abidədir.

         Plastik oyun üslubunda qurulmuş bu tamaşa vətənpərvərlik duyğularının aşılanması baxımından müasir gənclik üçün böyük örnəkdir.

Yaş məhdudiyyəti / Dil

12+ / Azərbaycanca
Yarımçıq qalmış Yarımçıq qalmış

Məkan yeri
Nizami küçəsi 72, Bakı, Azərbaycan