"Talelər qovuşanda"
Yaş həddi: 6+
Müəllif: Rauf Hacıyev, Faiq Zöhrabov, Elxan Ocaqov
Janr: iki hissəli operetta
Dil: Azərbaycan
Tamaşanın müddəti: I hissə - 1 saat 20 dəqiqə
II hissə - 30 dəqiqə
Quruluşçu rejissor: Faiq Zöhrabov
Quruluşçu dirijor: Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi)
Quruluşçu rəssam: İsmayıl Məmmədov (Əməkdar rəssam)
Quruluşçu baletmeyster: Zakir Ağayev (Əməkdar artist),Yelena Ağayeva (Əməkdar artist)
Dirijor: Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi)
Baş dirijor: Nazim Hacıəlibəyov (Əməkdar incəsənət xadimi)
Yarım əsrdən çoxdur ki, səhnədə Rauf Hacıyevin ölməz musiqisinin sədaları altında insan taleləri qovuşur. Rauf Hacıyev, Faiq Zöhrabov, Elxan Ocaqovun müştərək sənət əsəri olan “Talelər qovuşanda” tamaşaçıları hər dəfə heyrətləndirir və sevindirir. Qeyd edək ki, Rauf Hacıyev yeddi operettanın müəllifidir və operettalar arasında “Qonşular” (“Talelər qovuşanda”) xüsusi yer tutur. Operetta 52 il bundan əvvəl, 1960-cı ilin iyun ayında ilk dəfə Musiqili Komediya Teatrında səhnəyə qoyulub və ilk tamaşa o qədər böyük uğur qazanır ki, az sonra onun sorağı Moskvada eşidilir. Həmin ilin dekabrında əsər Moskvanın Operetta Teatrında da tamaşaya qoyulur. Sonra əsər 70-dən çox ölkənin teatrın səhnəsində uğurla oynanilib. Bolqarıstanda, Polşada dəfələrlə tamaşaya qoyulub. 1963-cü ildə isə Azərbaycanın məşhur kino-rejissorlarından biri - Şamil Mahmudbəyov əsərə ekran həyatı verir və onu “Romeo mənim qonşumdur” adı ilə milyonlarla tamaşaçıya təqdim edib. Uzun illərdir Musiqili Teatrın repertuarında yer alan «Talelər qovuşanda» tamaşasının nümayişi bir daha sübut etdi ki, bu əsərin səhnə ömrü hələ uzun illər davam edəcək.