"Zəfər yolu"

Tədbir haqqında

          Azər Paşa Nemətovun “Zəfər yolu” tamaşası haqqında

    Azər Paşanın eyniadlı pyesi əsasında hazırlanmış “Zəfər yolu” tamaşası Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı zəfərə həsr olunub. Qəhrəmanlıq dramı adlandırılan tamaşa teatrın foyesində başlanır. Yaxın keçmişdə baş verən hadisələri tamaşaçı maraqla izləyir. Əsərdə baş qəhrəman yoxdur. Baş qəhrəman ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin arxalandığı xalq və xalqın güvəndiyi ordudur. Tamaşada mətn minimum, hərəkət və plastik həll isə maksimumdur. Əsərdə müəllif baş verən milli azadlıq mübarizəsini dörd ailənin timsalında təqdim edir. Azərbaycanın hər bir evində, hər bir ailədə, hətta azsaylı xalqların və ölkə vətəndaşı olan digər millətlərin nümayəndələri  belə vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxırlar. Tamaşaçı səhnədə baş verən gərgin dramatik hadisələri maraqla izləyir. Tamaşanın 30-a yaxın iştirakçısı yaxın keçmişdə baş verən hadisələrin təqdimatında yüksək bacarıq nümayiş etdirirlər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti, professor Azər Paşa Nemətovdur.

 

 

Yaş məhdudiyyəti / Dil

12+
"Zəfər yolu" "Zəfər yolu"