Baku City Scooter Tour

Tədbir haqqında

 Skuter tur və sertifikatlı təlim.

Bakı, Abşeron və digər cazibədar regionlarda Moped turlar təşkil edirik. 5-8 nəfərlik qruplar halında turlar baş tutur. Bakı şəhər turu təxmini 3 saat yarımlıq bir müddəti əhatə edir. Yol boyu maraqlı nöqtələrdə dayanacaqlar edilərək fotosessiya təşkil olunur.

Turun qiyməti: Təkli mopedlər üçün 78, 2 kişilik skuterlər üçün 123 azn dir.

Qiymətə eyni zamanda turdan bir gün öncə moped sürmək üçün professional təlimlər də daxildir. Təlim mərkəzinə gediş və geni dönüş üçün nəqliyyat təmin olunur. Tur ərzində siz bələdçi, professional fotoqraf və texniki dəstək və təhlükəsizlik üçün nəzərdə tutulmuş maşınla təmin olunursunuz. Fotosessiya da qiymətə daxildir! 

 Təhlükəsizliyi nəzərə alaraq təlimsiz şəkildə turda iştirak etmək qadağandır. 1 və ya 2 gün öncədən sizə professional təlimçilər tərəfindən təlim keçirilir. Təlimi uğurla başa vurduqdan sonra turda iştirak edə bilirsiniz. Əgər velosiped sürə bilirsinizsə, biz moped sürməyi öyrənəcəyinizə qarantiya veririk. Bizim tələblərimiz:

  1. Velosiped sürmə bacarığı
  2. Sürücülük vəsiqəsinin olması isə arzuolunandır

 Əgər tələblər qarşısında verilən informasiya yanlışdırsa və siz təlimlərdə uğursuz olsaz, turda iştirak haqqını 50%-lik cərimə ilə itirirsiniz və ya əlavə təlimlərdə iştirak edərək bizə yenidən qoşulma haqqınızı bərpa edə bilərsiniz. Əlavə təlimlərin qiyməti 25 azn.  

 Hava şəraitindən asılı olaraq, turların vaxtında dəyişiklik ola bilər. Bu zaman sizin biletləriniz dəyişdirilmiş tarix üçün keçərli olur. Yeni tarixin sizi qane etmədiyi təqdirdə vəsait tam olaraq qaytarılır.

 Müraciət üçün: +99450 340 03 90

 Eyni zamanda iştirakçıların daxil olduğu qrupumuza da qoşula bilərsiniz:

https://www.facebook.com/groups/1613083998846540/?ref=share

 

Yaş məhdudiyyəti / Dil

21+
Baku City Scooter Tour Baku City Scooter Tour