Azərbaycanın "Qara Qızılı"

Tədbir haqqında

“İçərişəhər” DTMQ İdarəsi Neftçilər günü münasibəti ilə tur təşkil edir. Bilet əldə etmiş ziyarətçilər Qoşa Qala qapısında toplaşacaq, sonra isə xüsusi nəqliyyat vasitəsi ilə yeddi tarixi məkanı ziyarət edəcəklər. 

Tur zamanı bələdçilərimiz tərəfindən ölkəmizin “Odlar diyarı” adlandırılmasının səbəbi, neftin sənaye üsulu ilə ilk dəfə Azərbaycanda - Bibiheybətdə çıxarılması, İkinci Dünya müharibəsində Almaniya üzərində qazanılmış qələbədə Bakı neftinin rolu, açıq dənizdə neft hasilatının dünyada ilk dəfə 1949-cu ildə Azərbaycanda reallaşması haqqında maraqlı məlumatlar əldə edəcəklər!

Ziyarətçilər həmçinin, xeyriyyəçi neft maqnatlarımızın inşa etdirdiyi, paytaxtımıza bu gün də xüsusi gözəllik bəxş edən memarlıq abidələri ilə tanış olacaqlar. Tur Qoşa Qala qapısında yekunlaşacaq. Vaxtınızı səmərəli və maraqlı keçirəcəyinizə tam əmin ola bilərsiniz!

Başlanma saatı: 10:00

Turun müddəti: 3 - 4 saat

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Azərbaycanın "Qara Qızılı" Azərbaycanın "Qara Qızılı"