“NARDARAN İNVEST” MMC və "ITICKET PRODUCTION" MMC TƏRƏFİNDƏN KEÇİRİLƏN “BİLETLƏ SEA BREEZE-DƏ MƏNZİL” ADLI REKLAM AKSİYASININ
QAYDALARI
- Hazırki Reklam Aksiyasının məqsədi “Nardaran İnvest” MMC-nin və "Iticket Production" MMC-nin fəaliyyətinə, əmtəələrinə və xidmətlərinə isteklakçıların diqqətini cəlb etmək, marağını formalaşdırmaq və tanıtmaqdır.
- Hazırki Reklam Aksiyası oyun, mərc və (və ya) lotereya deyil, risk elementini ehtiva etmir, mənfəət və ya digər gəlir əldə etmək məqsədini daşımır və bu Qaydalara uyğun olaraq həyata keçirilir.
- “BİLETLƏ SEA BREEZE-DƏ MƏNZİL” adlı Reklam Aksiyası (bundan sonra — “Reklam Aksiyası”), “Nardaran İnvest” MMC tərəfindən, həmin mənzilin yerləşdiyi Park Lane layihəsi çərçivəsində tikilməkdə olan binanın tikintisi tam başa çatdıqdan və istifadəyə verildikdən sonra bir mənzilin (bundan sonra — “Mənzil”) təqdim edilməsini nəzərdə tutur.
Mənzil, 27 iyul 2025-ci il tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Castin Timberleykin konsertinə (bundan sonra — “Konsert”) bileti olan və həmin biletlə Konserti ziyarət edən, eyni zamanda bu Qaydalarda göstərilən tələblərə cavab verən şəxslər sırasından https://www.giveawayjet.com/ platforması vasitəsi ilə keçirilən təsadüfi seçim (püşkatma) yolu ilə müəyyən ediləcək bir iştirakçıya təqdim ediləcək.
Hər bir bilet — istər kağız, istərsə də elektron formada — Reklam Aksiyasında avtomatik olaraq iştirak edən unikal ştrix kodu ehtiva edir. Elektron biletlərdə ştrix kod yalnız Konsert günü əlçatan olacaq.
Reklam Aksiyasının nəticələri @seabreeze.realestate İNSTAGRAM hesabında yerləşdiriləcək.
- “Nardaran İnvest” MMC və "Iticket Production" MMC hazırki Reklam Aksiyasının təşkili və keçirilməsi ilə bağlı reklam agentlərini, o cümlədən digər üçüncü şəxsləri cəlb etmək hüququna malikdir və bu Qaydalarda “Nardaran İnvest” MMC, "Iticket Production" MMC və həmin şəxslər ayrılıqda və ya birlikdə “Təşkilatçı” və ya “Təşkilatçılar” adlanır.
- Konserti ziyarət edən şəxslər hazırki Reklam Aksiyasının iştirakçıları (bundan sonra mətndə “İştirakçı (və ya “İştirakçılar”) adlanacaq) hesab olunur və Reklam Aksiyasında iştirak etməklə İştirakçılar, iştirak barəsində ərizə vermiş olurlar və bəyan edirlər ki, bu Qaydalarla tanış olublar və Qaydalarda müəyyən edilmiş qayda və şərtlərlə tam razılaşır və qəbul edirlər.
- Reklam Aksiyasında iştirak etmək istəməyən şəxslər, Təşkilatçılara bu barədə [email protected] elektron poçt ünvanına “Aksiyada iştirakdan imtina” başlıqlı və aşağıdakı mətnlə müraciət etməklə məlumat verməlidirlər: “Mən (S.A.A.) 27 iyul 2025-ci il tarixində keçiriləcək Castin Timberleyk konserti çərçivəsində təşkil olunan Reklam Aksiyasında iştirakdan imtina edirəm. Xahiş edirəm, mənim biletimi iştirakdan xaric edəsiniz” və bilet həmin məktuba qoşma şəklində göndərməlidir.
- Reklam Aksiyasında iştirak etməklə İştirakçılar Təşkilatçıya fərdi məlumatlarının Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq toplanlmasına, işlənilməsinə və ötürülməsinə razılıq verirlər.
- Reklam Aksiyasında iştirak bu Qaydaların 6-cı bəndində nəzərdə tutulmuş qaydada, könüllülük əsasında həyata keçirilir, Təşkilatçının İştirakçılar qarşısında, bu Qaydalarda nəzərdə tutlmuş öhdəliklərindən başqa hər hansı digər öhdəlikləri yaranmır və İştirakçılar bununla bağlı Təşkilatçıya hər hansı tələb və ya pretenziya irəli sürə bilməz.
- Mənzilin xüsusiyyətləri:
- Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, «SeaBreeze Resort»un ərazisi;
- Layihə: «Park Lane»;
- Ümumi sahəsi: 37.5 kv.m.;
- Otaqların sayı: studiya (1 otaq)
- Şəraiti: təmirsiz.
- Mənzil, bu Qaydaların 11-ci bəndində göstərilən tələblərə cavab verən Reklam Aksiyasının İştirakçılarından birinə təqdim ediləcək. Qalib təsadüfi seçim (püşkatma) üsulu ilə müəyyən ediləcək.
- İştirakçılara dair tələblər.
- Reklam Aksiyasında 18 yaşına çatmış, Konsertə bileti olan və Konserti faktiki ziyarət edən şəxs iştirak edə bilər;
- Təşkilatçıların əməkdaşlarının, o cümlədən, onların törəmə qurumlarının və digər əlaqəli şəxslərin (o cümlədən digər ölkələrdəki nümayəndəlikləri) və onların əməkdaşlarının, Reklam Aksiyasında iştirakına icazə verilmir. Reklam Aksiyasında iştirakla bağlı bu məhdudiyyət qeyd edilən şəxslərin yaxın qohumlarına (o cümlədən valideynlər, qardaş və bacılar və onların ər və ya arvadları, ər, arvad, uşaqlar, o cümlədən övladlığa götürülmüş uşaqlar, babalar, nənələr, nəvələr, habelə valideynlər, ögey qardaş və bacılar və onların ər və ya arvadları) üçün də tətbiq edilir. Reklam Aksiyasında iştirak edən şəxs bu məhdudiyyətin ona aid olduğunu aşkar edərsə, həmin şəxs bu barədə dərhal Təşkilatçıya məlumat verməli və (və ya) Reklam Aksiyasında sonrakı iştirakını dayandırmalıdır. Şəxs tərəfindən həmin faktın gizlədilməsi və bu məhdudiyyətə baxmayaraq onun Reklam Aksiyasında iştirakını davam etdirməsi bu Qaydaların pozulması hesab olunur. Bu məhdudiyyəti pozan iştirakçı avtomatik olaraq Reklam Aksiyasında iştirakdan kənarlaşdırılır. Bu məhdudiyyətin pozulması aşkar edilərsə, Təşkilatçı Mənzili belə şəxsə verməkdən imtina etmək hüququna malikdir, əgər Mənzil artıq verilmişdirsə, Təşkilatçı həmin şəxsdən Mənzilin geri qaytarılmasını tələb etmək hüququna malikdir. Belə olan halda hazırki Qaydalara dəyişiklik edilir və Reklam Aksiyası yenidən keçirilir.
- Reklam Aksiyasının başlanğıcının ilk günü 24 iyun 2025-ci il ildir, Reklam Aksiyasının sonuncu günü 26 iyul 2025-ci ildir. Konsert tarixindən 3 (üç) gün ərzində Mənzili alan İştirakçı müəyyən edilir.
- Yuxarıda göstərilən müddətdə Mənzili alan İştirakçının telefon nömrəsinə və ya elektron poçt ünvanına [email protected] elektron poçt ünvanından aşağıdakı məzmunda bildiriş göndəriləcək: “Siz “BİLETLƏ SEA BREEZE-DƏ MƏNZİL” Reklam Aksiyası çərçivəsində pulsuz mənzil əldə edən şəxs kimi elan edilirsiniz. Mənzili əldə etmək üçün xahiş edirik, bizimlə [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlayasınız.”. Mənzili alan İştirakçı öz biletinin skrinşotunu və ya əslini təqdim etməlidir.
- Mənzili alan İştirakçıya bildiriş göndərildiyi tarixdən etibarən 5 (beş) gün ərzində həmin İştirakçı bu Qaydaların 13-cü bəndində göstərilən hərəkətləri həyata keçirmədikdə, belə İştirakçı Mənzildən imtina etmiş sayılır. Bu halda, bu Qaydalara dəyişiklik edilir və Reklam Aksiyası yenidən keçirilir.
- Mənzilin verilmə qaydası və müddəti:
- Nəzərə alaraq ki, hazırki mərhələdə Mənzil, tikintisi başa çatmayan binanın tərkib hissəsidir və tikinti mərhələsindədir, Mənzilin təhvil verilməsi, tikinti işlərinin qanunvericiliklə nəzərdə tutulmuş bütün mərhələləri başa çatdıqdan sonra, Təşkilatçı ilə Mənzili alan İştirakçı arasında bağlanılacaq Mənzilin verilməsinə dair müvafiq razılaşma (bundan sonra “Müqavilə” adlanacaq) ilə nəzərdə tutlmuş vaxtda və şərtlər əsasında təhvil veriləcəkdir.
- Mənzilə mülkiyyət hüququ, Mənzili alan İştirakçının adına, Azərbaycan Respublikasının qanunvericiliyi və Müqavilə ilə nəzərdə tutulmuş Qaydada və müddətdə rəsmiləşdirilir.
- Təşkilatçı Mənzili alan İştirakçının Mənzili almaq üçün, nəqliyyat, vergi, mülkiyyət hüququnun rəsmiləşdirilməsi və s. kimi xərclərinə görə məsuliyyət daşımır və bu xərcləri Mənzili alan İştirakçı öz qüvvə və vəsaiti hesabına ödəyir. Mənzili alan İştirakçı qeyd edilən xərcləri ödəməkdən imtina etdikdə, Mənzildən imtina etmiş olur, bununla da bu Qaydalara dəyişiklik edilir və Reklam Aksiyası yenidən keçirilir.
- İştirakçı Mənzili almaqdan imtina etdikdə və ya bu Qaydaların tələblərini yerinə yetirmədikdə və ya İştirakçı, təqsiri üzündən Mənzili müəyyən edilmiş qaydada almadıqda, Mənzil Təşkilatçıda qalır. Mənzili alan İştirakçı tərəfindən Mənzil yenidən tələb oluna bilməz və heç bir pul kompensasiyası ilə əvəz edilmir.
- Reklam Aksiyası ilə əlaqədar hüquq münasibətləri bu Qaydalarla tənzimlənir, bu Qaydalarla tənzimlənməyən hüquq münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
- Bu Qaydalarda, habelə Reklam Aksiyasının müddətində dəyişiklik edilməsi hüququnu Təşkilatçılar özündə saxlayır. Dəyişikliklər qəbul edildikdən dərhal sonra Təşkilatçılar bu barədə özünün rəsmi sosial şəbəkələrindəki hesablarında və internet səhifələrində müvafiq elanı verir.
- Fors-major hallarında, o cümlədən təbii fəlakətlər, yanğınlar, hərbi əməliyyatlar, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində Reklam Aksiyasına təsir edə biləcək dəyişikliklər baş verdikdə və ya hər hansı hüquqi akt qəbul edildikdə, habelə Təşkilatçıların iradəsindən və nəzarətindən asılı olmayan digər fors-major halları baş verdikdə, Təşkilatçılar, İştirakçılar və digər üçüncü şəxslər qarşısında məsuliyyət daşımır.
- Bu Qaydalar Reklam Aksiyasının başlandığı ilk gündən qüvvəyə minir.