Bakı Ekspo Mərkəzi

"Bakı Ekspo Mərkəzi"-nə — yeni imkanlar və perspektivlər məkanına Xoş Gəlmişsiniz. Yeni sərgi kompleksinin əsasının qoyulması Azərbaycan infrastrukturunun uğurlu inkişafının növbəti nümayişi idi. Reqionunun ən böyük sərgisi olan “Xəzər Neft və Qaz “ layihəsinin fəaliyyətə başlanmasına uyğunlaşdırılmış rəsmi açılış 2010-cu ilin iyunun 1-də baş tutdu. “Baku Expo Center” Sərgi və Konfrans Mərkəzi yüksək beynəlxalq standartlara uyğun layihələşdirilmiş və inşa edilmişdir. Sərgilərlə yanaşı mərkəzdə konfransların, seminarların, təqdimatların, habelə işgüzar və əyləncə xarakterli müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 10 hektar ərazidə yerləşən kompleksin işgüzar fəaliyyət ümumi sahəsi 3 hektar təşkil edir. Bunun 20.000 kvadrat metrdən artıq hissəsi ekspozisiya sahəsi təqdim olunur. Mərkəz müxtəlif növlü sərgi keçirmək üçün əla təchiz edilmiş 3 pavilyondan ibarətdir. Əlavə olaraq burada konferens-zalları, iclas otaqları, biznes mərkəzi, fudkort, və digər xidmətlər təqdim olunur. 4.000 m2 sahəsi olan lobbidə qonaqların istirahəti və rahatlığı üçün bütün şərait yaradılıb. 500 avtomobildən artıq tutumu olan geniş parkinq sahəsi kompleksin qarşısında yerləşir. Bakı Ekspo Mərkəzinin H. Əliyev adına Havalimanına yaxın yerləşməsi əlverişli olmaqla bərabər şəhərin mərkəzinə çatmaq üçün 20 dəqiqə kifayət edər.

Keçirilmə məkanı

Bakı Ekspo Mərkəzi

Ünvan
Heydər Əliyev prospekti 515, Bakı, Azərbaycan, AZ1050
Telefon
(+994 12) 404 48 02

Tədbirlər

25-27 Sentyabr
ödənişsiz
Keçid
11-13 Oktyabr
ödənişsiz
Keçid
11-13 Oktyabr
ödənişsiz
Keçid
23-26 Oktyabr
ödənişsiz
Keçid
23-26 Oktyabr
ödənişsiz
Keçid
23-26 Oktyabr
ödənişsiz
Keçid
23-26 Oktyabr
ödənişsiz
Keçid
14-16 Noyabr
ödənişsiz
Keçid
4-7 Dekabr
ödənişsiz
Keçid