Bakı Dövlət Sirki

Bakı Dövlət Sirki

Bakı Dövlət Sirki 1945-ci ildə Azərbaycanın ilk milli sirk truppası kimi yaradılmışdır. Truppa yalnız sirk nömrələrindən ibarət olmamış; tərkibinə estrada və balet artistlərinin çıxışları da salınmışdır. Ənvər Quliyev, "Ulduz bacıları", kəndirbaz Əlixan və digər artistlərin nömrələrinin çıxışlarından ibarət olan truppa fəaliyyəti dövründə "Zirvədən işıq" adlı proqramla SSRİ ərazisində, Afrika, Asiya, Amerika və Avropada qitələrində daimi qastrollarda olmuşdur.

1967-ci ildə Bakı Dövlət Sirkinin hazırkı binası istifadəyə verilmişdir. Həmin binanın memarları İsmayılov və Leontyev idi. Tikildiyi dövrdə texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq baxımından bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir.

Səməd Vurğun, 102, Bakı, Nəsimi, AZ1014