Şuşa Dövlət Musiqili Dram Teatrı

Şuşa Dövlət Musiqili Dram Teatrı

Şuşa Dövlət Musiqili Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərən musiqili dram teatrlarından biri.
1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişidilərərk Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Ona Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettaları da oynanılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəs­karlar dram dərnəyin­də, daha sonralar Xalq teatrında fəaliyyətlə­rini davam etdiriblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tə­rəfindən (25 may 1992) Şuşa Dövlət Mu­siqili Dram Teatrının fəaliyyəti bərpa edildi. 1992-ci ildə teatr məlum Qarabağ hadisələri ilə bağlı Bakıya köçdü. Uzun illər Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşdı (1992–2005). Hazırda Ba­kıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir (2005-ci ildən). Teatrın Bakıda ilk tamaşası Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili əsəri olub (13 fevral 1993)
Teatrın əsas repertuarı:
"Hacı Qara", "Lənkəran xanının vəziri", "Xırs quldurbasan" (Mirzə Fətəli Axundzadə), "Bəxtsiz cavan", "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev), "Solğun çiçəklər", "Sevil", "Almaz", "Yaşar", "Aydın", "Oqtay Eloğlu", "1905-ci ildə" (Cəfər Cabbarlı), "Vaqif", "Fərhad və Şirin" (Səməd Vurğun), "Toy", "Xoşbəxtlər", "Aşnalar" (Sabit Rəhman), "Həyat" (Mirzə İbrahimov), "Qaçaq Nəbi (Süleyman Rüstəm), "Süleyman Rüstəm", "Vəfa" (Rəsul Rza), "Bahar", "Aslan yatağı" (Məmmədhüseyn Təhmasib), "Praqanının şabalıd ağacları altında" (Konstantin Simonov), "Varlı gəlin" (Valentin Katayev), "Vətən namusu" (Georgi Mdivani), "Mühəndis Sergeyev" (Vsevolod Rok)
Əməkdaşları:
Quruluşçu rejissorlar: Loğman Kərimov (Əməkdar artist )
Quruluşçu rəssamlar: Valeh Məmmədov və başqaları.
Musiqi tərtibatçıları: Azad Məmmədov Ağasəlim Feyzullayev
Teatrın baş rejissoru Loğman Kərimov (Əməkdar artist)
Aktyorlar
Xalq artistləri
Əməkdar artistlər
Ansambl
Texniki Heyət

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 48