Tropicana Çimərliyi

Tropicana Çimərliyi

Tropicana Beach by Sultan Food ailəvi istirahət mərkəzində qonaqların ən müxtəlif tələblərini qarşılayan, istirahət üçün ideal şərait və xidmətlərlə: qızıl qum sahilli çimərlik, skuterlər, kvadrotsikl, yaxta, “banan”, iki bar, futbol və voleybol meydançaları ilə təmin olunub. ​ Böyük hovuz yanında istirahət etmək istəyən qonaqlar isə canlı musiqinin müşayətində Fashion Coctail Barin müxtəlif içkilərinin, eyni zamanda karaoke–klubda əyləncəli vaxt keçirərək dünyada məşhur olan yapon suşisinin dadına baxa bilərlər. ​ Kompleksin ərazisində balaca qonaqlarımız üçün funksional qurğulu uşaq əyləncə meydançası da xidmət göstərir. Hər həftə sonu onlar üçün uşaq şou proqramları, master-klass, Candy Land və çoxsaylı əyləncələr təqdim olunur. Eləcə də balaca qonarların ad günləri və bayram tədbirləri də təşkil edilir.