Yanardağ & Atəşgah

Yanardağ & Atəşgah
Yəqin ki “Yanar dağ” sözünü eşitdikdə marağınız oyanacaq və ən az bir dəfə onu ziyarət edib,öz gözlərinizlə görmək istəyəcəksiniz. Əgər belədirsə, torpağın dərinliklərində yatan və
əsirlər boyunca bir an belə sönməyən, yamacın üstündəki hiddətli alovları seir etməyə
tələsin.
 
Bir zamanlar Atəşpərəstlik dininin xadimlərinin müqəddəs məbəddə ayinlərini necə yerinə
yetirdiklərini anlamaq, alov naminə özünə xəsarət yetirmək üsullarına şahid olmaq, Hindu
tacirlərinin (multans) gecə qaldıqları otaqları görmək istəyənlər Atəşgahı ziyarət
etməlidirlər.