Саундтрек шоу - Авангард

О мероприятии

Azərbaycanda ilk dəfə! 

13-14 noyabr,  saat 20:00- da, “ART-EAST MEDİA GROUP” şirkətinin təşkilatçılığı ilə "Musiqili Proyektor"  multimedia şousuna dəvətlisiniz! 

 Layihə  “Azərbaycanfilm” kinostudiyasının, CinemaPlus kinoteatrlar şəbəkəsinin, Gənclər Fondunun dəstəyi ilə Bakının mərkəzindəki  müasir tamaşa salonlarından birində - DTX-nın Mədəniyyət Mərkəzində keçiriləcək.  "AVANQARD" Kamera orkestrinin ifasında ən sevdiyiniz kinofilmlərin saundtrekləri yeni oranjemanla ilk dəfə olaraq təqdim ediləcək.  Məşhur filmlərin unudulmaz  musiqisi parlaq rəqs nömrələri,  xoreoqrafik kompozisiyalar  və cizgi filmlərindən tanış fraqmentlərlə canlanacaq. 

Возраст / Язык

6+
Саундтрек шоу - Авангард Саундтрек шоу - Авангард