Yeni İl Gecəsi

Yeni İl Gecəsi
31 декабря 2016 - 21:00
0

Yeni İl Gecəsi
31 декабря 2016 - 21:00
0


Мероприятие завершилось
Посмотрите другие мероприятия, которые могут вас заинтересовать.
Похожие мероприятияО мероприятии
Mötəbər mərasimlərə ev sahibliyi edən Elite Events Hall Yeni il gecəsi üçün möhtəşəm proqram hazırlayıb. Respublikanın əməkdar artisti Tünzalə Ağayeva, “Papito Chocolata” mahnısının ifaçısı Seeya, “Qolos Ukraini” layihəsinin finalçısı Vaqif Nağıyev və hit mahnıları ilə tanınan Ceyhun Zeynalovun (Cin) iştirakı ilə baş tutacaq konsert proqramı Elite Events Hall-un əsrarəngiz səhnəsində baş tutacaq. Gecənin qonaqları bayramı nəfis şam yeməyi süfrəsi arxasında keçirəcək. 2016-cı ilin son dəqiqələrinin yüksək əhval-ruhiyyə, sevilən mahnıların sədası, bol-bol təbəssümlə keçəcəyi zəmanət olunur. Dəyərli hədiyyələr, uduşlu lotereya, tanınmış aparıcılar Mirsalam Mirsalamov və Nurlana Cəfərovanın təqdimatında maraqlı müsabiqələr qonaqların bayramına bayram qatacaq. Yeni, 2017-ci ilin gəlişi isə açıq havada təntənəli atəşfəşanlıq proqramı və Qarabağ atlarının iştirakı ilə ilə qeyd olunacaq. Çılğın ritmlər və sevilən rəqslər isə səhərə qədər DJ Rullerin təqdimatında səslənəcək.
