Fərda Amin – əsl adı Fərda Akif oğlu Xudaverdiyev olan azərbaycanlı komediyaçı və aktyordur. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil aldığı dövrdə “Şən və Hazırcavablar Klubu”nda çıxış edən Fərda daha sonra televiziya yumoru sahəsində fəaliyyətə başlayıb. O, “Tək səbir”, “Tam sərbəst” və “Sərbəst FM” kimi layihələrdə iştirak edib, “Niyə?”, “Ögey ata”, “Xoxan” və “Oğlan evi” kimi komediya filmlərində rol alıb. Fərda Amin fəaliyyətini müəllif monoloqları, məişət müşahidələri və tamaşaçı ilə improvizasiyaya əsaslanan stand-up proqramları ilə davam etdirir. Onun “ALFA” və “Komedium” şouları səhnə yaradıcılığının sonrakı mərhələlərini təmsil edir.
Janr: Stand-up, improvizasiya komediyası, kino komediyası
Məşhur layihələr:
• Komedium
• ALFA
• Tam sərbəst
• Niyə?
• Xoxan