Sevdiyiniz tədbirlərə daha yaxın

Konsertlərdən teatr tamaşalarına, idman yarışlarından festivallara qədər sevdiyiniz tədbirlərə biletləri rahat və sürətli əldə edin

10 ildir tədbirlərə gedən yolu asanlaşdırırıq

2016-cı ildə Azərbaycanda bilet alışını sadələşdirmək məqsədilə fəaliyyətə başladıq. Bu gün iTicket.az ölkənin aparıcı onlayn bilet platformalarından biri kimi müxtəlif miqyaslı yerli və beynəlxalq tədbirlərə xidmət göstərir.

İllər ərzində fəaliyyətimizi Azərbaycan sərhədlərindən kənara genişləndirərək bilet satışı, girişə nəzarət sistemləri və tədbirlərin təşkilini əhatə edən beynəlxalq ekosistemə çevrilmişik.

İstifadəçilər üçün bilet seçimini və alışını asanlaşdırır, təşkilatçılara isə satış və giriş proseslərini səmərəli idarə etmək üçün texnoloji həllər təqdim edirik.

Sevdiyiniz tədbirə aparan
5 addım

Tədbirin hər mərhələsi üçün vahid bilet satışı ekosistemi

  • Onlayn bilet satışı

    Saytımız və mobil tətbiqimiz vasitəsilə günün istənilən saatında rahat və sürətli şəkildə bilet əldə etmək imkanı.

  • Kassalarda bilet satışı

    Biletləri kassa və satış məntəqələrimizdən nağd ödənişlə və ya bank kartı ilə təmassız şəkildə əldə edə bilərsiniz.

  • Elektron / QR-kodlu biletlər

    Çap tələb etməyən, mobil cihazda saxlanılan təhlükəsiz və rəqəmsal biletlər.

  • Bilet yoxlanış sistemi

    Xüsusi skanerlər vasitəsilə biletləri sürətli və təhlükəsiz şəkildə yoxlayır, növbələrin yaranmasının və saxtakarlıq hallarının qarşısını alırıq.

  • Satış statistikası

    Təşkilatçılar üçün satışda mövcud biletlərin sayını, satışdan əldə olunan gəliri real vaxt rejimində izləmək imkanı.

  • İnteraktiv məkan xəritələri

    Xəritə üzərindən yer seçmək və səhnənin həmin yerdən necə göründüyünə 3D formatında baxmaq imkanı.

  • Qeydiyyat və akkreditasiya

    İştirakçıların qeydiyyata alınması, qonaqlar, media nümayəndələri və tədbir heyəti üçün keçid kartlarının hazırlanması imkanı.

  • Tədbirlərin tanıtımı

    Tədbirləri reklam, sosial media və PR vasitəsilə hədəf auditoriyaya tanıdırıq.

  • Ödəniş imkanları

    Biletləri bank kartları, Apple Pay, Google Pay və digər ödəniş üsulları ilə, həmçinin bank tərəfdaşımız vasitəsilə hissə-hissə əldə etmək imkanı.

  • Müştəri dəstəyi

    Bilet alışı, biletlərin qaytarılması və tədbirə girişlə bağlı istifadəçi müraciətlərini cavablandırırıq.

  • Layihələrin idarə edilməsi

    Hazırlıq mərhələsindən tədbir gününədək tərəfdaşların və komandaların işini koordinasiya edirik.

  • Süni intellekt köməkçisi

    Süni intellekt köməkçimiz vasitəsilə çatda tədbir tapa, yer seçə və bilet ala bilərsiniz.

  • Nəqliyyat icazələri (VAPP)

    Nəqliyyat vasitələrinin tədbir ərazisinə giriş və parklanma icazələrini idarə edirik.

  • Biletlərin onlayn qaytarılması

    Qaytarılma şərtlərinə uyğun biletləri birbaşa şəxsi kabinetiniz vasitəsilə qaytara bilərsiniz.

10 ilin qısa yekunu

23 805+
Tədbir sayı
2,4 mln+
Qeydiyyatdan keçmiş istifadəçi
4 Ölkə
Fəaliyyət coğrafiyası

Azərbaycan · Türkiyə · Özbəkistan · Mərakeş

26 mln+
Satılmış bilet

Unudulmaz
anlar

Dünya şöhrətli ifaçıları minlərlə musiqisevərlə bir araya gətirir, musiqinin həyəcanını, enerjisini və yadda qalan anlarını böyük səhnələrə daşıyırıq.

İnkişaf yolumuz

2016

İlk addım, ilk bilet

iTicket.az 2016-cı ildə Bakıda onlayn bilet alışını daha rahat və əlçatan etmək məqsədilə fəaliyyətə başladı. İstifadəçilərə kassaya getmədən tədbirləri seçmək, ödəniş etmək və biletlərini elektron formada əldə etmək imkanı yaratdıq.

2017

Böyük tədbirlərlə ilk təcrübə

Formula 1 Azərbaycan Qran-Prisi, IV İslam Həmrəyliyi Oyunları, Avropa Voleybol Çempionatı və UEFA Çempionlar Liqası kimi beynəlxalq tədbirlərdə bilet satışı və girişə nəzarət xidmətlərini təmin etdik. Həmin il Android əməliyyat sistemi üzrə tətbiqimizi Google Play-də istifadəyə verərək bilet alışını mobil cihazlarda daha əlçatan etdik.

2018

Bakıdan beynəlxalq bazarlara

iTicket.UZ-un istifadəyə verilməsi ilə ilk dəfə Azərbaycan sərhədlərindən kənara çıxdıq və Özbəkistan bazarında fəaliyyətə başladıq. Eyni zamanda, iTicket Production yaradıldı və fəaliyyət sahəsi artist bukinqi və tədbir təşkilatçılığı istiqamətində genişləndirildi. iTicket Global-ın formalaşması şirkətin beynəlxalq inkişafına təkan verdi. Həmin il Formula 1 və UCI BMX Dünya Çempionatı kimi irimiqyaslı tədbirlərlə əməkdaşlığımızı davam etdirdik.

2019

Rəqəmsal təcrübədə yeni mərhələ

iOS tətbiqimizin istifadəyə verilməsi ilə iTicket hər iki əsas mobil platformada əlçatan oldu. Tətbiq etdiyimiz 3D məkan xəritələri isə istifadəçilərə bilet almadan əvvəl zalın quruluşunu və seçdikləri yerin səhnəyə nəzərən mövqeyini daha aydın görmək imkanı yaratdı.

2020

Çətin dövrdə də yanınızda

Pandemiya səbəbindən kütləvi tədbirlərin təxirə salındığı və ləğv edildiyi bu dövrdə istifadəçilərimizlə əlaqəni qorumağa davam etdik. Biletlərin qaytarılması və tədbirlərlə bağlı dəyişikliklər üzrə müraciətləri cavablandıraraq bu çətin dövrdə də istifadəçilərimizə dəstək olmağa çalışdıq.

2021

iTicket yeni simada

iTicket rebrendinq edərək vizual kimliyini yenilədi və daha müasir görünüş qazandı. Həmin il Expo 2020 Dubai-nin rəsmi bilet satış tərəfdaşlarından biri olaraq beynəlxalq miqyaslı layihədə iştirak etdi və tədbirin biletlərini beş fərqli bazarda təqdim etdik.

2022

Bilet satışından təşkilatçılığa

iTicket Türkiyə ilə fəaliyyətimizi daha bir beynəlxalq bazara genişləndirdik. Eyni ildə iTicket Production-ın Türkiyədə fəaliyyətə başlaması ilə bilet satışından əlavə, tədbirlərin təşkili sahəsində də yeni mərhələyə qədəm qoyduq.

2023

Dünya ulduzları Bakı səhnəsində

iTicket Production dünya şöhrətli Imagine Dragons qrupunun Bakıda ilk konsertini Bakı Olimpiya Stadionunda təşkil etdi, biletlər isə iTicket.az üzərindən satıldı. Eyni zamanda Tofiq Bəhramov adına Respublika Stadionunda elektron bilet və girişə nəzarət sistemini inteqrasiya edərək idman tədbirlərində texnoloji imkanlarımızı genişləndirdik.

2024

Beynəlxalq arenada iTicket

COP29 çərçivəsində ictimaiyyət üçün açıq Green Zone zonasına elektron biletləri iTicket.az üzərindən təqdim etdik. Formula 1 Azərbaycan Qran-Prisi və digər irimiqyaslı tədbirlərlə əməkdaşlığımızı davam etdirdik.

2025

QR-biletlə yeni təcrübə

QR-bilet sisteminə keçidlə istifadəçilərə biletlərini mobil tətbiqdə aktivləşdirərək tədbirlərə telefon vasitəsilə daxil olmaq imkanı yaratdıq. OneRepublic və Justin Timberlake konsertləri, Minifutbol üzrə Dünya Çempionatı və III MDB Oyunları kimi irimiqyaslı layihələrdə iştirak etdik. Mərakeş bazarına daxil olaraq fəaliyyətimizi Afrika qitəsində də genişləndirdik.

2026

10 il, yeni imkanlar və böyük hədəflər

10 illik fəaliyyətimizi yenilənmiş sayt və mobil tətbiq, onlayn bilet qaytarılması, CRM sistemi və süni intellekt köməkçisi kimi yeni imkanlarla qarşıladıq. Eyni zamanda iTicket Global və Dream Group International arasında 10 illik strateji tərəfdaşlıq sazişi imzalandı. Bu əməkdaşlıq beynəlxalq konsert və festivalların Azərbaycanda təşkilini, yeni layihələrin həyata keçirilməsini və tədbir turizminin inkişafını hədəfləyir.

iTicket.GLOBAL

Ekosistemin daxilində digər brendlər.

iTicket Production

iTicket Production 2018-ci ildən etibarən Azərbaycanda və beynəlxalq bazarlarda irimiqyaslı konsertlərin, festivalların və şou proqramlarının təşkili üzrə fəaliyyət göstərir. İfaçıların dəvətindən regional turnelərin planlaşdırılmasına, texniki hazırlıqdan tədbirlərin idarə olunmasına qədər təşkilati prosesləri əhatə edən geniş təcrübəyə malikdir.

Beynəlxalq layihələrinə Tarkanın Bakı, Almatı və Daşkənd konsertləri, Türkiyədə Limp Bizkit-in çıxışı, Mahmut Orhanın beynəlxalq turnesi və 2026-cı ildə Ye-nin (Kanye West) Qazaxıstanda keçirilən stadion konserti daxildir.

Partnyorlar

Hekayəmiz davam edir

10 il ərzində minlərlə tədbiri milyonlarla biletlə izləyicilərə yaxınlaşdırdıq, dünya şöhrətli ifaçıların konsertlərindən beynəlxalq idman yarışlarına qədər böyük layihələrdə iştirak etdik. Qarşıda isə yeni konsertlər, tamaşalar, festivallar və daha çox tədbir var. Növbəti unudulmaz xatirəniz üçün yerinizi indidən seçin.