Tez-tez verilən suallar

Aşağıdakı mövzulardan biri kömək etmirsə, sualınızı göndərin.

Bilet əldə etmək, bileti başqa şəxsə transfer etmək və hesabla bağlı digər funksiyalardan istifadə etmək üçün iTicket.AZ-da qeydiyyatdan keçmək tələb olunur.

 

Hesab yaratmaq, həmçinin biletləriniz, biletlərin mövcudluğu və sifarişlərinizlə bağlı yeniliklər haqqında sizə məlumat verməyimizə imkan yaradır.

Giriş səhifəsində “Şifrəni unutdum” düyməsinə toxunun və açılan səhifədə iTicket.AZ-da qeydiyyatdan keçərkən istifadə etdiyiniz elektron poçt ünvanını daxil edin.

 

Şifrənin bərpası və yeni şifrənin təyin edilməsi üçün müvafiq təlimat həmin elektron poçt ünvanına göndəriləcək.

Bəli. Dünyanın istənilən yerindən və istənilən vaxt iTicket.AZ veb-saytı və ya mobil tətbiqi vasitəsilə onlayn bilet əldə edə bilərsiniz.

Biletləri nağd ödənişlə iTicket.AZ-ın rəsmi kassalarından və satış məntəqələrindən əldə edə bilərsiniz:

 

  • “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzləri;
  • Bakı Konqres Mərkəzi;
  • Bakı şəhəri üzrə 4 saylı, eləcə də Sumqayıt şəhərində yerləşən ASAN xidmət mərkəzləri;
  • Köşk №1 – M. Rəsulzadə küçəsi 3 (Azərbaycan kinoteatrının yaxınlığı);
  • Köşk №2 – Bülbül prospekti ilə Nizami küçəsinin kəsişməsi (Nizami kinoteatrının yaxınlığı);
  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı;
  • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı;
  • Azərbaycan Dövlət Akademik Musiqili Teatrı;
  • Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı;
  • Azərbaycan Dövlət Akademik Filarmoniyası;
  • Heydər Əliyev Sarayı.

 

Satış məntəqələrinin tam və aktual siyahısı ilə “Bilet satış məntəqələri” bölməsində tanış ola bilərsiniz.

Fiziki biletləri iTicket.AZ-ın rəsmi kassalarından və satış məntəqələrindən əldə edə bilərsiniz. Kassaların və satış məntəqələrinin tam və aktual siyahısı ilə “Bilet satış məntəqələri” bölməsində tanış ola bilərsiniz.

Xeyr. “Promokod” bölməsi yalnız müvafiq tədbir üçün xüsusi endirim təqdim edildiyi halda doldurulur.

 

Promokod tədbirin təşkilatçısı və ya iTicket.AZ tərəfindən təqdim edilə bilər.

iGift hədiyyə kartını aktivləşdirmək üçün iTicket.AZ hesabınıza daxil olun və “Profil” bölməsindən “iGift hədiyyə kartı” səhifəsinə keçin.

 

Açılan pəncərədə hədiyyə kartının üzərində göstərilən 16 rəqəmli kodu müvafiq xanaya daxil edin. Kod təsdiqləndikdən sonra kartın dəyərinə uyğun məbləğ iTicket.AZ cüzdanınızdakı balansa əlavə olunacaq.

 

Cüzdanınızdakı balansdan istifadə edərək istədiyiniz tədbirə bilet əldə edə bilərsiniz.

iTicket.AZ cüzdanınızdakı balansı Epoint və ya Azericard ödəniş sistemləri vasitəsilə artıra bilərsiniz.

 

Biletin ödənişi zamanı cüzdan balansından istifadə olunubsa, qaytarılma zamanı həmin məbləğ yalnız iTicket.AZ cüzdanına geri qaytarılır.

Biletin hansı formatda təqdim olunduğu müvafiq tədbirin səhifəsində qeyd edilir. Tədbir üçün QR bilet formatı nəzərdə tutulubsa, bilet PDF faylı kimi elektron poçt ünvanına göndərilmir.

 

Yeni bilet sisteminə əsasən, onlayn əldə edilən biletlər artıq PDF faylı deyil, QR bilet formatında təqdim olunur. QR biletinizi görmək üçün iTicket.AZ mobil tətbiqinə bileti əldə etdiyiniz hesabla daxil olun və “Biletlərim” bölməsinə keçin.

 

Ətraflı məlumat üçün “Bilet növləri” bölməsinə keçid edin.

QR biletlər elektron poçt ünvanına göndərilmir. Elektron poçt ünvanınıza yalnız bilet alışını təsdiqləyən məktub göndərilir və QR biletin özü həmin məktuba əlavə edilmir.

 

QR biletlərinizi görmək üçün iTicket.AZ mobil tətbiqini açın və bileti əldə etdiyiniz hesaba daxil olun. Biletləriniz tətbiqin “Biletlərim” bölməsində göstəriləcək.

 

Ətraflı məlumat üçün “Bilet növləri” bölməsinə keçid edin.

Biletin ödənişi tamamlanıbsa və elektron poçt ünvanınıza alışın təsdiqi göndərilibsə, sifarişiniz uğurla tamamlanıb. Mobil tətbiqdə bileti əldə edərkən istifadə etdiyiniz elektron poçt ünvanı ilə hesabınıza daxil olduğunuza əmin olun.

Alışlarınızın, rezervasiyalarınızın, geri qaytarmalarınızın və digər əməliyyatlarınızın tarixçəsinə baxmaq üçün hesabınızdakı “Profil” bölməsindən “Sifarişlər” səhifəsinə keçin.

 

Bu bölmədə iTicket.AZ-da qeydiyyatdan keçdikdən sonra həyata keçirdiyiniz əvvəlki və cari sifarişlər barədə məlumatları görə bilərsiniz.

Tədbirdən asılı olaraq, itirilmiş və ya oğurlanmış fiziki bilet dəyərinin 15%-i tutulmaqla bərpa edilə bilər.

 

Elektron biletlərinizə iTicket.AZ hesabınız vasitəsilə yenidən daxil ola bilərsiniz. QR biletlər iTicket.AZ mobil tətbiqinin “Biletlərim” bölməsində saxlanılır.

 

Fiziki bileti sudan, palçıqdan, yüksək temperaturdan və birbaşa günəş şüalarından qoruyun. Bu amillər bileti zədələyə bilər. Biletin hər hansı hissəsi zədələnibsə və ya bilet yoxlanıla bilmirsə, tədbirin keçirildiyi məkana girişinizə icazə verilməyəcək.

iTicket.AZ mobil tətbiqinə daxil olun və “Biletlərim” bölməsindən transfer etmək istədiyiniz bileti seçin. Daha sonra “Transfer” düyməsinə toxunun.

 

Açılan xanaya bileti göndərmək istədiyiniz şəxsin elektron poçt ünvanını və ya istifadəçi ID-sini daxil edin və transfer əməliyyatını təsdiqləyin.

 

Transfer tamamlandıqdan sonra bileti göndərdiyiniz şəxsin elektron poçt ünvanına bilet transferi barədə bildiriş göndəriləcək.

Bilet transfer edildikdən sonra qarşı tərəfin elektron poçt ünvanına transfer barədə bildiriş və bileti qəbul etmək üçün keçid göndərilir.

 

Şəxs həmin keçidə daxil olduqda, cihazında iTicket.AZ mobil tətbiqi quraşdırılıbsa, birbaşa tətbiqə yönləndirilir. Tətbiq quraşdırılmayıbsa, onu yükləmək üçün cihazdan asılı olaraq App Store və ya Google Play səhifəsinə yönləndirilir.

 

Tətbiqi yüklədikdən sonra mövcud iTicket.AZ hesabınız varsa, həmin hesaba daxil olun. Qeydiyyatdan keçməmisinizsə, sistem sizin üçün avtomatik hesab yaradacaq və giriş məlumatları ikinci bildiriş vasitəsilə elektron poçt ünvanınıza göndəriləcək. Hesaba daxil olduqdan sonra transfer sorğusunu qəbul edə və bileti “Biletlərim” bölməsində görə bilərsiniz.

Transfer olunan biletlərin mobil tətbiqdə görünməsi üçün əvvəlcə digər şəxs tərəfindən mobil tətbiqdə qəbul edilməsi tələb olunur: biletlər qarşı tərəf tərəfindən qəbul olunana qədər “Gözləmədə” statusunda qalır.

 

Bileti qəbul etmək üçün qarşı tərəf iTicket.AZ mobil tətbiqində aşağıdakı bölməyə daxil olmalıdır: Hesab → Transferlər → Qəbul et

 

Transfer qəbul edildikdən sonra bilet qarşı tərəfin “Biletlərim” bölməsində görünəcək.

Transfer əməliyyatını təsdiqləməzdən əvvəl alıcının istifadəçi ID-sini və ya elektron poçt ünvanını düzgün daxil etdiyinizə əmin olun. Məlumatları yenidən yoxlamağınız üçün transfer təsdiqlənməzdən əvvəl 3 saniyəlik gözləmə müddəti verilir.

Transfer sorğusu alıcı tərəfindən qəbul edildikdən sonra biletin ilkin alıcının hesabına geri qaytarılması mümkün deyil.

Uşaq tədbirləri üçün, bir qayda olaraq, üç yaşdan etibarən ayrıca bilet əldə edilməlidir.

 

Lakin yaş məhdudiyyətləri və giriş qaydaları tədbirdən və məkandan asılı olaraq dəyişə bilər. Buna görə bilet almadan əvvəl müvafiq tədbirin səhifəsində göstərilən məlumatları yoxlamağınız tövsiyə olunur.

 

Böyüklər üçün nəzərdə tutulmuş tədbirlərə altı yaşdan kiçik uşaqlar buraxılmır.

 

Altı yaşdan yuxarı uşaqlar tədbirdə yalnız yetkin şəxsin müşayiəti ilə iştirak edə bilərlər və onların ayrıca etibarlı bileti olmalıdır.

 

Ayrı-ayrı tədbirlər üzrə fərqli yaş məhdudiyyətləri tətbiq edilə bilər. Dəqiq məlumat üçün müvafiq tədbirin səhifəsini yoxlayın.

Tədbirin keçirildiyi məkana daxil olmaq üçün hər bir tamaşaçı etibarlı bilet təqdim etməlidir.

 

16 yaşdan kiçik bilet sahibləri tədbirdə yalnız 18 yaşdan yuxarı şəxsin müşayiəti ilə iştirak edə bilərlər. Müşayiət edən şəxsin ayrıca etibarlı bileti və şəxsiyyətini təsdiq edən sənədi olmalıdır.

 

Tədbirdən və məkandan asılı olaraq əlavə yaş və giriş məhdudiyyətləri tətbiq edilə bilər. Bilet əldə etməzdən əvvəl müvafiq tədbirin səhifəsində göstərilən məlumatlarla tanış olmağınız tövsiyə olunur.

Bəli, tədbirə giriş zamanı QR biletinizi iTicket.AZ mobil tətbiqindən təqdim edə bilərsiniz. Bileti fiziki formatda əldə etmisinizsə, tədbirə giriş zamanı biletin orijinalını təqdim etməlisiniz. QR və fiziki biletlərin fotoşəkilləri, surətləri və digər nüsxələri giriş zamanı qəbul olunmur.

Nəzərə alın ki, QR biletlər tədbirin başlamasına 12 saat qalmış aktivləşir. Bu müddətədək QR kod mobil tətbiqdə bulanıq şəkildə görünür.

Biletin və ya QR kodun fotoşəkli, surəti və ekran görüntüsü tədbirə giriş zamanı qəbul edilmir.

Xeyr. QR kodun ekran görüntüsü tədbirə giriş zamanı qəbul edilmir. QR bilet birbaşa iTicket.AZ mobil tətbiqindən təqdim edilməlidir.

 

Təhlükəsizlik məqsədilə mobil tətbiqdə QR kodun ekran görüntüsünün alınması məhdudlaşdırılıb. Ekran görüntüsü çəkməyə cəhd etdikdə QR kod əvəzinə qara ekran görünəcək.

Biletlərinizi seçərkən diqqətli olun. Sifariş təsdiqləndikdən dərhal sonra ödəniş həyata keçirilir. Tədbirin başlamasına 48 saatdan çox vaxt qaldıqda bilet qaytarılarsa və ya dəyişdirilərsə, biletin dəyərinin 30%-i tutulur.

 

Tədbirin başlamasına 48 saat və ya daha az vaxt qaldıqda biletlər qaytarılmır və dəyişdirilmir. Bəzi tədbirlər üçün qaytarılma və dəyişdirilmə nəzərdə tutulmaya bilər; bu barədə məlumat tədbirin səhifəsindəki “Qaydalar” bölməsində qeyd olunur.

 

Biletlərin üçüncü şəxslərə yenidən satılması qadağandır və bu hal biletin ləğv edilməsi ilə nəticələnə bilər.

Bilet aldığınız tədbirdə iştirak edə bilmirsinizsə, geri qaytarma sorğusunu iTicket.AZ veb-saytı və ya mobil tətbiqi vasitəsilə onlayn şəkildə yarada bilərsiniz.

 

Bunun üçün hesabınızdakı “Profil” bölməsinə daxil olun və “Qaytarma sorğuları” səhifəsinə keçin. Qaytarmaq istədiyiniz biletləri seçin və “Sorğu yarat” düyməsinə toxunun.

 

Sorğunuz əməkdaşlarımız tərəfindən mövcud bilet qaytarma qaydalarına uyğun olaraq nəzərdən keçiriləcək və sorğunun statusu ilə bağlı sizə bildiriş göndəriləcək.

Tədbir təxirə salındıqda, başqa məkana keçirildikdə və ya ləğv edildikdə bu barədə məlumat Çağrı Mərkəzi və ya baş ofis əməkdaşlarımız tərəfindən telefon zəngi, SMS və ya elektron poçt vasitəsilə sizə çatdırılır. Mövcud biletlərinizin yeni tarix və ya məkan üçün etibarlı olub-olmadığını dəqiqləşdirmək üçün Çağrı Mərkəzimizlə əlaqə saxlaya bilərsiniz.

 

Yeni tarix və ya məkan sizin üçün uyğun deyilsə, dəyişiklik barədə məlumatın elan edildiyi tarixdən etibarən 14 gün ərzində biletlərinizi qaytara və heç bir məbləğ tutulmadan ödənişinizi geri ala bilərsiniz. Dəyişiklik elan edilən zaman tədbirin yeni tarixinə 14 gündən az vaxt qalırsa, tədbir üçün müəyyən edilmiş əlavə qaydalar tətbiq oluna bilər.

 

Dəyişiklik barədə məlumatın verilməsindən 14 gündən çox vaxt keçdikdə, biletlərin qaytarılması və dəyişdirilməsi ilə bağlı standart qaydalar tətbiq olunur və biletin dəyərinin 30%-i tutulur.

 

Təxirə salınmış tədbirin yeni tarixdə başlamasına 48 saat və ya daha az vaxt qaldıqda biletlər qaytarılmır və dəyişdirilmir.

 

Tədbir ləğv edildikdə, müraciətiniz əsasında biletin ödənişi heç bir məbləğ tutulmadan tam şəkildə geri qaytarılır.

Sualınıza cavab tapa bilmədiniz?

Sualınızı bizə yazın

Mövzu