JONY - Azərbaycan əsilli müğənni, bəstəkar və müasir rusdilli pop musiqisinin ən uğurlu ifaçılarından biridir. Əsl adı Cahid Hüseynli olan sənətçi Bakıda anadan olub, uşaqlıq illərini Moskvada keçirib və musiqi karyerasına gənc yaşlarından başlayıb. Onun səhnə adı uşaqlıqda sevdiyi Johnny Bravo cizgi filmi obrazından ilhamlanıb. 2018-ci ildə JONY musiqi layihəsi və leybli olan Ravaa Music-in yaradıcılarından biri olub və qısa müddətdə rusdilli musiqi bazarının ən populyar artistlərindən birinə çevrilib. “Аллея“, “Комета” və daha bir çox xitləri ona geniş şöhrət qazandırdı, “Love Your Voice” və “Камин” isə beynəlxalq miqyasda viral uğur əldə edərək dünyanın müxtəlif ölkələrində milyonlarla dinləyiciyə çatdı və sosial şəbəkələrdə geniş yayılaraq onun ən tanınmış hitlərinə çevrildilər.
Sənətçi çoxsaylı nüfuzlu musiqi mükafatlarının laureatıdır. O, Rusiyanın ən nüfuzlu musiqi mükafatlarından sayılan « Премия МУЗ-ТВ» mükafatına layiq görülüb, həmçinin «Золотой Граммофон», RU.TV, ЖАРА Music Awards, VOICE «Главные лица» və «Новая Песня Года» mükafatlarının qalibi olub, . Bundan əlavə Jony «Маска» televiziya şousunun ikinci mövsümünün qalibi olub və Rusiyanın ən reytinqli musiqi layihələrindən biri olan «Голос» şousunda münsif kimi iştirak edib. Onun musiqisi pop, R&B və urban üslublarını Şərq melodikası ilə birləşdirərək özünəməxsus üslub yaradır. Güclü canlı ifası, emosional mahnıları və geniş auditoriya ilə qurduğu əlaqə sayəsində JONY bu gün bir çox ölkədə ən tələb olunan və ən çox dinlənilən artistlərindən biridir.
Janr: Pop, R&B, pop-rep
Məşhur mahnılar:
• Комета
• Аллея
• Love Your Voice
• Мир зелёного цвета
• Как любовь твою понять? (feat. ANNA ASTI)