Mahmut Orhan / Geegun

Tədbir haqqında

Azərbaycan Qran Prisi ərəfəsində

“Bakı Şəhərinin Sədaları” adlı gecə əyləncə proqramı təşkil olunacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə Azərbaycan Hava Yollarının (AZAL) və “Silk Way” Şirkətlər Qrupunun dəstəyi ilə 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunda dünyaca məşhur DJ-lərin çıxış edəcəyi və gec saatlaradək davam edəcək “Bakı Şəhərinin Sədaları” (Baku City Sounds) adlı gecə əyləncə proqramını elan edir.

Ciqan və Mahmut Orhan kimi məşhur DJ-lərin iştirak edəcəyi gecə əyləncə proqramı 26 aprel tarixində “Elektra Events Hall”-da baş tutacaq. Bundan başqa, DJ Mendoza məkanın daimi sakini kimi yarış həftəsonu ərzində hər gecə öz çıxışı ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq.

Yarış həftəsonunun gecə əyləncə proqramına 26 aprel tarixində start veriləcək və ilk olaraq səhnəyə "Qızıl Qramofon" və "İlin mahnısı" mükafatlarına layiq görülmüş rusiyalı məşhur pop-hip-hop ifaçısı Ciqan çıxacaq.

2015-ci ilin mayında 3-cü musiqi albomunu çıxaran tanınmış rep ifaçısı «Любить больше нечем» (Sevmək üçün bir şey qalmadı) və «Время похудеть» (Arıqlamaq vaxtıdır) kimi hit mahnıları da məhz bu albomda yer alıb.

Bir ildən sonra “DZHIGA” adlı 4-cü albomunu çıxaran Ciqanın yenidən iki mahnısı -   Jah Khalib ilə birgə ifa etdiyi «Мелодия» (Melodiya) və Basta ilə birlikdə səsləndirdiyi «До последнего вздоха» (Son Nəfəsimə Qədər) – hitə çevrilib.

Ciqan 2017-ci ilin aprelində sonradan onlayn hitə çevrilən «Дни и ночи» (Günlər və gecələr) sinqlını çıxarıb və ölkə üzrə ən çox dinlənilən rep ifaçısı olub. Bundan sonra çıxardığı eyniadlı albomu bir ay içində platin musiqi sertifikatına layiq görülüb. Həmin ilin sentyabrında «Больше чем жизнь» (Həyatımda ən vacib insan) mahnısını çıxaran Ciqan sinql üçün həyat yoldaşı Oksana Samoylova ilə birlikdə klip çəkib.

Məşhur DJ 2018-ci ilin fevralında hip-hop ifaçısı Artem Kaçer ilə birgə ifa etdiyi «ДНК» (DNA) mahnısına çəkilən klipə rejissorluq edib. Baxış sayı bir həftə ərzində 10 milyonu keçən video ölkə üzrə keçirilən hit-paradlarla yanaşı “Apple Music”, “iTunes Boom” və “VK” siyahılarında ilk pilləyə yerləşib.

Son olaraq, Ciqan 2018-ci ildə Muz TV kanalının keçirdiyi “Transformation” mükafatına layiq görülüb.

Ciqanın çıxışından sonra səhnəyə Mahmut Orhan çıxacaq. “Deep house” və “indie dance” musiqi janrları ilə yanaşı məxsus olduğu mədəniyyətin dünyəvi elementlərini öz yaradıcılığında birləşdirən Mahmut Orhan dövrümüzün ən perspektivli DJ-lərindən biri sayılır. 2016-cı ildə çıxardığı və baxış sayı 350 milyona çatan “Feel” mahnısı ilə məşhurlaşan DJ-in 2018-ci ildə buraxdığı “6 Days” mahnısı “Youtube” və “Spotify”-da ümumilikdə 150 milyon dəfə yayımlanıb. Mahnıları “iTunes”-un “Dance” və “Global” adlı siyahılarında 20-dən çox ölkədə ilk 20-likdə qərarlaşan Mahmut Orhan eyni proqramın “Dance” və “Main“ siyahılarında, müvafiq olaraq, 11 ölkə və 5 bölgədə 1-ci yerə layiq görülüb. Uğurları bununla bitməyən Mahmut Orhan “Shazam” tətbiqində bütün dünya üzrə 25-ci yerə yüksəlib.

Yaş məhdudiyyəti / Dil

18+
Mahmut Orhan / Geegun Mahmut Orhan / Geegun