Robin Schulz

Ş. 27.04.2019 23:00 - B. 28.04.2019 03:00

Elektra Events Hall

M 55

Tədbir bitib
Tədbir bitib
  • Azərbaycan Qran Prisi ərəfəsində

    “Bakı Şəhərinin Sədaları” adlı gecə əyləncə proqramı təşkil olunacaq

    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə Azərbaycan Hava Yollarının (AZAL) və “Silk Way” Şirkətlər Qrupunun dəstəyi ilə 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunda dünyaca məşhur DJ-lərin çıxış edəcəyi və gec saatlaradək davam edəcək “Bakı Şəhərinin Sədaları” (Baku City Sounds) adlı gecə əyləncə proqramını elan edir.

    Robin Şultz kimi məşhur DJ-in iştirak edəcəyi gecə əyləncə proqramı 27 aprel tarixində “Elektra Events Hall”-da baş tutacaq. Bundan başqa, DJ Mendoza məkanın daimi sakini kimi yarış həftəsonu ərzində hər gecə öz çıxışı ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq.

    Şənbə günü - 27 aprel tarixində “Elektra Events Hall”-un səhnəsində dünyaca məşhur DJ Robin Şultz öz məharətini göstərəcək. Əvvəlcə öz ölkəsində məşhurlaşan alman əsilli DJ artıq beynəlxalq səviyyəli meqastara çevrilib. DJ-liklə yanaşı prodüserliklə də məşğul olan Şultz hələ 30 yaşında Almaniyanın son 20 ildə ən uğurlu ifaçısı olduğunu sübut edib. Aşağı Saksoniya vilayətində kiçik klublarda DJ-liyə başlayan musiqiçini indi bütün dünya tanıyır.

    Onun 2014-cü ildə qızıl və platin musiqi sertifikatlarına layiq görülən “Prayer In C” (Lilly Wood və The Prick ilə birgə ifa etdiyi) adlı sinqlı “iTunes” üzrə 40 ölkədə 1-ci sıraya yerləşib və 17 ölkədə ölkə səviyyəsində keçirilən paradlarda ən çox dinlənilən mahnılardan birinə çevrilib. Ümumilikdə 92 ölkədə “iTunes” siyahılarının ilk sıralarında yerləşən həmin meqahit 68 ölkədə ən çox dinlənilən 25 mahnıdan biri olub. Ancaq , DJ-in uğurları bununla bitmir. Belə ki, Şultz eyni zamanda “Shazam” tətbiqində dünya üzrə 1-ci yeri tutan ilk alman ifaçı olub. Bundan sonra, rəsmi olaraq, 2014-cü ilin yay aylarının hit mahnısı adına layiq görülən “Prayer In C”  beynəlxalq səviyyədə ən çox uğur qazanmış ilk alman istehsalı mahnıdır. Şultzun Almaniyada artıq qızıl sertifikata layiq görülmüş ən son albomu “SUGAR”  milyonlarla satışa nail olan “Headlights” (Ilsey ilə birgə ifa etdiyi), “Sugar” (Françesko Yeyts ilə birgə ifa etdiyi) və “Heatwave” (Akon ilə birgə ifa etdiyi) sinqllarını özündə cəmləşdirib. Hal-hazırda, ilk iki albomunun və müxtəlif sinqllarının satışı 7 milyona çatan Robin Şultzun ifaları ümumilikdə 2,5 milyard dəfə izlənilib.

Keçirilmə məkanı

Elektra Events Hall

Ünvan
Dövlət Bayrağı Meydanı, Bakı, Azərbaycan
Telefon
(+994 50) 700 70 97
Faydalı məlumat
Yaş həddi:
18+ yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
27 Apr 23:00 - 28 Apr 3:00