• “Dəcəl keçi” Azərbyacan xalq nağılının motivləri əsasında səhnə üçün işləyəni: Pərvin Nurəliyeva Quruluşçu rejissor – Ayla Osmanova Adından da göründüyü kimi, Babanın Keçisi çox dəcəl olur. Baba boğaza yığılıb onu satır. Yeni evdə Keçiyə yaxşı qulluq edir, yaxşı yedirdib, yaxşı içirirlər, amma o, dəcəlliyindən qalmır. Pişiyin tutduğu balıq təknəsini dağıdır, ən dəhşətlisi isə Əlifbanı yeyir. Amma çox məzəli olduğu üçün hamının xoşuna gəlir. Bu qədər səhvi olan birini bağışlamaq olarmı? Bax, bu sualın cavabını zaldakı balaca tamaşaçılar verirlər. Tamaşa çox maraqla baxılır. Həm də yaxşı nədir, pis nədir çarpaz düşüncə sualları uşaqları düşünməyə sövq edir.

Keçirilmə məkanı

Gənc Tamaşaçılar Teatrı

Ünvan
Nizami küçəsi 72, Bakı, Azərbaycan
Telefon
(+994 51) 466 23 80
Faydalı məlumat
Yaş həddi:
3+ yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
14:00 - 15:30 - Ş., 25 May