“Sadece Sen” filmin nümayişi

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

 

Sadece Sen — 2014-cü il istehsalı romantik dram filmidir və Cənubi Koreya filmi Always-in yenidən çəkilmiş versiyasıdır. Ali keçmişi qaranlıq olan keçmiş boksçudur və tək-tənha həyat sürür. O, görmə qabiliyyətini itirmiş, güclü və mehriban bir qız olan Hazalla tanış olduqdan sonra həyatı dəyişir. Onlar arasında dərin bir sevgi yaranır, lakin Alinin keçmişi bu münasibəti təhlükə altına salır. Film sevgi, fədakarlıq və bağışlanmadan bəhs edir.

Yaş məhdudiyyəti / Dil

16+
“Sadece Sen” filmin nümayişi “Sadece Sen” filmin nümayişi