"Nəğmə dolu ürək" qala konserti

"Nəğmə dolu ürək" qala konserti
29 dekabr 2021 - 20:00
6+

"Nəğmə dolu ürək" qala konserti
29 dekabr 2021 - 20:00
6+
Tədbir haqqında
Dekabrın 29-da Heydər Əliyev Mərkəzində "Nəğmə dolu ürək" adlı qala konsert baş tutacaqdır. Konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti, Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçiriləcək.
Qala-konsertin solistləri: Azərbaycan Respublikasının xalq artistləri Azər Zeynalov, Fərhad Bədəlbəyli (piano), Murad Adıgözəlzadə (piano), Murad Hüseynov (piano), Yeganə Axundova (piano), Azərbaycan Respublikasının əməkdar artisti Ramil Qasımov çıxış edəcəklər. Konsertə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və kassalarından əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən, pandemiya şəraitində konsert zallarının fəaliyyətinə zalın ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə icazə verilib. Bunu nəzərə alaraq satışa məhdud sayda bilet çıxarılacaq. Zala giriş COVID-19 pasportu (COVID- 19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə təmin ediləcək.

