Ələmdar Mahir 75 Xatirə gecəsi


Ələmdar Mahir 75 Xatirə gecəsi
7 may 2025 - 19:00
12+


Mayın 7-də klassik Azərbaycan poeziyasının təbliğatçılarından olan şair, füzulişünas -alim Ələmdar Mahirin 75 illik yubileyi münasibətilə xatirə gecəsi keçiriləcək.
Ələmdar Mahir 1950-ci ildə Bakının Nardaran kəndində anadan olmuşdur. Boya-başa çatdığı Nardaran kəndində klassik poeziyaya, muğama həssas münasibət onun həyatında və yaradıcılığında mühüm rol oynamışdır. Gecədə tanınmış muğam ifaçıları və bədii qiraət ustaları şairin qəzəllərindən ibarət proqram təqdim edəcəklər.
