Avishai Cohen Quartet

B.e. 4.06.2018 20:30

Beynəlxalq Muğam Mərkəzi

M 15 - 60

Tədbir bitib
Tədbir bitib
  • Bakıda Premier Art Management prodüser agentliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan yeni jazz layihə “Baku Summer Jazz Days” çərçivəsində caz dünyasında ən tələb olunan və müzakirə edilən truba ifaçılarından biri Avishai Cohen öz kvarteti ilə birlikdə çıxış edəcəkdir. Avishai Cohen Musiqi kritikləri tərəfindən Amerika caz səhnəsinin yüksələn ulduzlarından biri kimi seçilib. Ekspertlər onun individual səslənməsini və daimi mənəvi və yaradıcılıq axtarışını qeyd edirlər. Avishai musiqiçi və bəstəkar kimi çıxış edir və öz əsərlərində müxtəlif caz üslublarını və ifa üsullarını uyğunlaşdırır. 2016-cı ildə Cohen Fransanın Jazz Magazine jurnalı tərəfindən “Ən yaxşı xarici sənətkar”, onun Into the Silence albomu isə TSF Jazz and Academie du Jazz tərəfindən “İlin albomu” adına layiq görülmüşdü və JazzTimes-in ilin top 20 albomları arasında yer almışdır. Müsiqiçinin özü yaradıcılığına Miles Davis-in böyük təsir etdiyini etiraf edir. Avishai Cohen aktiv olaraq turlara çıxır və öz kollektivində həm solist həm saydmen kimi iştirak edir. Onun çoxsaylı tərif və mükafata layiq olan Into the Silence debütundan bir il sonra Cross My Palm With Silver (May 5th, 2017) albomu yeni əsərlər proqramını təqdim edir, hansı ki ansambl ətrafında toplanır. Bu müstəsnalı kvartet Yonathan Avishai (piano), Barak Mori (bass) və Nasheet Waits (baraban) kimi istedadlı musiqiçilərdən ibarətdir. Çevik və bacarıqlı ifa sayəsində Avishai Cohen tez bir zamanda başqa ifaçıların arasında yüksəlməyə bacarıb və bununla sübut edib ki təmiz səsli truba ifaçısı müasir səhnənin ən müzakirə edilən caz müsiqiçilərindən biridir.
Faydalı məlumat
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
20:30 - 22:00 - B.e., 4 İyun
Keçirilmə məkanı

Beynəlxalq Muğam Mərkəzi

Ünvan
Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan
Telefon
(+994 12) 497 89 73