Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Proqrama Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Şəfiqə Axundovanın əsərləri daxil edilib. Konsertdə 10-15 yaş arası uşaqlar vokal imkanları, müxtəlif milli alətlərdə ifalarını nümayiş etdirəcəklər.